Modern.az

Rəqibdə bəzən sistem dəyişir - Qurban Qurbanov 

Rəqibdə bəzən sistem dəyişir - Qurban Qurbanov 

İdman

23 Avqust 2023, 23:51

“Olimpiya” ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər”.

 

Modern.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyada keçiriləcək “Olimpiya” ilə oyundan əvvəl mətbuat konfransında deyib.

 

“Meydanda maraqlı mübarizə olacaq. “Olimpiya” yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV