Modern.az

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq

İdman

31 Avqust 2023, 09:32

Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.

 

Modern.az-ın məlumatına görə, Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Püşk zamanı 32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünəcək.

 

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

 

I səbət
“Mançester Siti” (İngiltərə)
“Sevilya” (İspaniya)
“Barselona” (İspaniya)
“Napoli” (İtaliya)
“Bavariya” (Almaniya)
PSJ (Fransa)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)

 

II səbət
“Real” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“İnter” (İtaliya)
“Borussiya” (Dortmund, Almaniya)
“Atletiko” (İspaniya)
“Leyptsiq” (Almaniya)
“Portu” (Portuqaliya)
“Arsenal” (İngiltərə)

 

III səbət
“Şaxtyor” (Donetsk, Ukrayna),
“Zaltsburq” (Avstriya)
“Milan” (İtaliya)
“Braqa” (Portuqaliya)
PSV (Niderland)
“Latsio” (İtaliya)
“Srvena Zvezda” (Serbiya)
“Kopenhagen” (Danimarka)

 

IV səbət
“Yanq Boyz” (İsveçrə)
“Real Sosyedad” (İspaniya)
“Qalatasaray” (Türkiyə)
“Seltik” (Şotlandiya)
“Nyukasl” (İngiltərə)
“Union” (Almaniya)
“Antverpen” (Belçika)
“Lans” (Fransa)

 

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19-20 sentyabr, 3-4 oktyabr, 24-25 oktyabr, 7-8 noyabr, 28-29 noyabr və 12-13 dekabr tarixlərində keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV