Modern.az

Sumqayıt” Çaddan hücumçu transfer etdi

“Sumqayıt” Çaddan hücumçu transfer etdi

İdman

1 Sentyabr 2023, 21:48

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

 

Modern.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisindən verilən məlumata görə, komanda son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasimir Ninqa ilə bir illik müqavilə imzalayıb. 30 yaşlı cinah hücumçusu “11” nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Kasimir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə), “Anortosis” (Kipr) kimi klublarda çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?