Modern.az

"Qarabağ"ın rəqibi futbolçusu ilə yollarını ayırdı

İdman

2 Sentyabr 2023, 10:47

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Norveç "Molde"si futbolçusu Ola Brunhildsenlə yollarını ayırıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək.

 

Norveç millisinin də formasını geyinən oyunçu "Midyulann"a keçib. Daha əvvəl Sivert Mannsverki Niderland nəhəngi “Ayaks”a satılıb.

 

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Molde" ilə yanaşı, Almaniyanın "Bayer 04" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?