Modern.az

"Qalatasaray"ın sabiq futbolçusu Azərbaycan klubuna keçir

İdman

5 Sentyabr 2023, 13:20

“Qalatasaray”ın sabiq futbolçusu Yesse Sekidika karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, avqustun son günündə “Eyüpspor”la müqavilə müddəti başa çatan nigeriyalı hücumçu “Sabah”la razılığa gəlib.

 

27 yaşlı forvard paytaxt təmsilçisinə azad agent kimi keçəcək. Yesse və "Sabah" tezliklə yeni müqavilə imzalayacaqlar.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...