Modern.az

"Zirə" "Sumqayıt"ı məğlub etdi 

İdman

15 Sentyabr 2023, 19:57

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

 

Modern.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

 

Fasilədən sonrakı ilk oyunda lider “Zirə” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

 

“Kəpəz” – “Səbail” və “Araz-Naxçıvan” – “Neftçi” matçları sabah keçiriləcəksə, “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” görüşləri ayın 17-də baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV