Ötən gecə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Modern.az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni saatda baş tutub.
"Rayo Valekano" "Strasburq"u, "Kristal Pelas" isə "Şaxtyor"u mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, Konfrans Liqasının final qarşılaşması mayın 27-də İngiltərənin Leypsiq şəhərindəki "Red Bull Arena"da baş tutacaq.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
7 may
"Strasburq" (Fransa) – "Rayo Valekano" (İspaniya) - 0:1
(İlk oyun - 0:1)
"Kristal Pelas" (İngiltərə) – "Şaxtyor" (Ukrayna) - 2:1
(İlk oyun - 3:1)