Futbol üzrə 2026-cı dünya çempionatında İngiltərə üçüncü yerin sahibi olub.
Modern.az xəbər verir ki, Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.
Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.
Qeyd edək ki, DÇ-2026-da final matçı saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.
02:52
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda səkkizinci qol vurulub.
Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 5:3.
87-ci dəqiqədə Bukayo Saka het-trik edib.
02:33
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda yeddinci qol vurulub.
Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 3:4.
66-cı dəqiqədə Kilian Mbappe dubl edib.
02:20
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda altıncı qol vurulub.
Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 2:4.
54-cü dəqiqədə Bradli Barkola fərqlənib.
02:12
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda beşinci qol vurulub.
Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 1:4.
48-ci dəqiqədə Kilian Mbappe fərqlənib.
01:51
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ilk hissə bitib.
Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fasiləyə dörd toplu üstünlüklə yollanıblar - 4:0.
Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edir.
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda dördüncü qol vurulub.
Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 4:0.
45+1-ci dəqiqədə Bukayo Saka dubl edib.
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda üçüncü qol vurulub.
Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 3:0.
37-ci dəqiqədə Bukayo Saka fərqlənib.
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ikinci qol vurulub.
01:24
Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 2:0.
18-ci dəqiqədə Ezri Konsa başla dəqiq oynayıb.
01:05
Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, üçüncü yer uğrunda matçda İngiltərə ilk qola sevinib.
3-cü dəqiqədə Deklan Rays qapını dəqiq nişan alıb.