Modern.az

Dəmir yollarında sürət həddi endirildi

Dəmir yollarında sürət həddi endirildi

İqtisadiyyat

13 Yanvar 2024, 10:21

Azərbaycan Dəmir Yolları (ADY) paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. Bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq.

Bu barədə Modern.az-a ADY-dan məlumat verilib.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik", - deyə bildirilib.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək