Modern.az

Təcrübə-Sənaye Zavodunun məhsulları maraqla qarşılanıb

Təcrübə-Sənaye Zavodunun məhsulları maraqla qarşılanıb

İqtisadiyyat

Bu gün, 11:56

Elm və Təhsil Nazirliyi Təcrübə-Sənaye Zavodu Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur.

Modern.az xəbər verir ki, neft-kimya sahəsində yeni texnologiyaların işlənməsi, təcrübə-sınaq istehsalı və elmi-tədqiqat layihələrinin icrası istiqamətlərində fəaliyyət göstərən zavodun məhsulları hazırda 5-dən çox ölkəyə ixrac olunur və beynəlxalq bazarda etibarlı mövqeyə malikdir.

Sərgi çərçivəsində 98 nömrəli stenddə zavodun yerli və beynəlxalq standartlara cavab verən innovativ məhsulları nümayiş etdirilir. Bunlara minik və yük avtomobilləri üçün mühərrik yağları, sənaye və hidravlik yağlar, transmissiya və dişli yağları, yağlama qatqıları, plastik sürtkülər, tibbi yağlar və soyutma mayeləri daxildir.

Təcrübə-Sənaye Zavodunun stendi sərgi iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Zavodda ISO 9001:2015; 14001:2021; 45001:2021 standartlarına uyğun Keyfiyyət İdarəetmə Sistemi tətbiq olunur. Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi zavodun davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV