Modern.az

Cavanşir Quliyevin son durumu AÇIQLANDI

Cavanşir Quliyevin son durumu AÇIQLANDI

Mədəniyyət

17 Fevral 2024, 17:30

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Report”a şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.

 

O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadəm xəstəxanasında intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirlib. Bir neçə dəfə əmliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.

 

Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, Etfal Araşdırma Xəstəxanasına aparılıb, sonradan Acıbadəm Xəstəxanasına nəql edilib.

 

Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu