Modern.az

Bakıda Şimali Kipr Mədəniyyət Günü keçiriləcək

Bakıda Şimali Kipr Mədəniyyət Günü keçiriləcək

Mədəniyyət

9 İyun 2026, 16:28

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin mədəniyyətinin tanıdılması məqsədilə "Şimali Kipr Mədəniyyət Günü" təşkil olunacaq.

Modern.az xəbər verir ki, tədbir iyunun 13-də, saat 14:00-dan 21:00-dək İçərişəhərdə baş tutacaq.

Mədəniyyət günü Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin və Baş nazirin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlunun iştirakı ilə keçiriləcək.

Tədbirdə Şimali Kiprin milli-mədəni irsi, incəsənəti, musiqisi, rəqsləri və turizm potensialının nümayiş etdirilməsi nəzərdə tutulur.

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin