Məşhur sovet və rusiyalı televiziya aparıcısı, Vladimir Molçanov 75 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Yuri Rost Telegram kanalında yazıb.
Vladimir Molçanov 2021-ci ildə onkoloji xəstəlik səbəbindən qaraciyər transplantasiyası keçirmiş, 2022-ci ildə isə infarkt olmuşdu. Jurnalist son vaxtlar bir sıra ciddi xəstəliklərdən əziyyət çəkirdi.
V.Molçanov Moskva Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, jurnalist karyerasına "Novosti Press" Agentliyinin VNiderlanddakı müxbir kimi başlayıb. 1987-ci ildə jurnalist Mərkəzi Televiziyaya qoşulub. Peşəkar diktor olmasa da, Mərkəzi Televiziyanın "Vremya" ("Zaman") verilişinin ilk aparıcılarından biri olub.
Televiziyada işlədiyi dörd il ərzində Molçanov “Zaman”la yanaşı, "Gecəyarısından əvvəl və sonra", “90 (daha sonra 120) dəqiqə” proqramlarını da aparıb.
Molçanov nasist cinayətlərinin jurnalist araşdırmaları ilə məşğul olub.
1987-ci ilin martında Vladimir Molçanov yenidənqurma dövrünün ən populyar verilişlərindən biri olan "Gecəyarısından əvvəl və sonra" verilişinin aparıcısı idi.
O, “Şərəf” ordeni ilə təltif olunub, həmçinin Rusiya Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatının laureatı olub.
Son illərdə jurnalist mədəni layihələr üzərində işləyirdi. Molçanov həmçinin, Ostankino Televiziya və Radio Yayımları İnstitutunun Jurnalistika fakültəsində seminar dərsləri keçirdi.
