Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Kütləvi İnformasiya Vasitələrinə çağırış edib.
Modern.az-ın məlumatına görə, Rəşad Məcid medianı qeyri-etik xəbərləri tirajlamamağa çağırıb.
“Çox oxunsun deyə hər əxlaqsız xəbəri yaymaq ciddi (elə qeyri-ciddi də) media subyektinə yaraşmaz!
İnsanları zəhərləməyin!
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, heç olmasa, uşaqları nəzərə alın!” - deyə Mətbuat Şurasının sədri vurğulayıb.