Modern.az

Azərbaycan mətbuat tarixinin nadir incisi "Evraqi-nəfisə" nəşr olundu

Azərbaycan mətbuat tarixinin nadir incisi "Evraqi-nəfisə" nəşr olundu

Media

Bu gün, 15:01

Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ilk inçəsənət, mədəniyyət və ədəbiyyat məçmuəsi "Evraqi-nəfisə" jurnalının materialları əsasında "Evraqi-nəfisə" (araşdırma, tədqiqatlar) kitabı nəşr olunub.

Modern.az xəbər verir ki, "Zərdabi Nəşr" MMC nəşriyyatı tərəfindən 200 nüsxə ilə yüksək poliqrafiyada çap olunan kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qeyri Hökümət Təşkilatları ücün elan etdiyi 2025-ci il Qrant müsabiqəsi çərcivəsində Azərbaycan Türk Ocağı İctimai Birliyinin layihəsi əsasında hazırlanıb. Kitabın müəllifi Əməkdar jurnalist, Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı, elmi redaktoru AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, rəyçi Mətbuat Şurasının sədri Rəşad Məcid, ərəb qrafikalı mətnlərin tranfoneletelerasiya redaktoru BDU-nun Jurnalistika fakültəsinin Mətbuat Tarixi kafedrasının müəllimi Samir Mirzəyevdir.

Azərbaycan Cümhuriyyətinin ilk inçəsənət, mədəniyyət və ədəbiyyat dərgisi "Evraqi-nəfisə" jurnalı 1919-cu ildə nəşr edilib, naşiri Zülfüqar bəy Hacıbəyli, redaktoru Əliabbas Müznib olub, 6 sayı işıq üzü görüb. Jurnalda milli teatr xadimlərinin, Türkiyə və Azərbaycan ədiblərinin tərçümeyi-halları, barələrində bəhs olunan faktlar, müsahibələr , Şərq mədəniyyəti, inçəsənəti və memarlığını əks etdirən məqalələr aktuallığı ilə çeçilir. Mətbuat tarixinin araşdırmaçılarına görə, "Evraqi-nəfisə" milli mədəniyyət tariximizin öyrənilmısi ücün dəyərli anadilli abidələrdən biri hesab edilir.

A. Aşırlı bildirib ki, kitab "Evraqi-nəfisə" məçmuəsinin ideya istiqamətlərinin təhlilinə həsr olunub, ayrı-ayrı bölmələrdən, bəzi seçilmiş mətnlərin ərəb əlifbasından latın qrafikasına transleterasiyasından, qeyd və şərhlərdən ibarətdir.

Kitab inçəsənət, mədəniyyət və ədəbiyyat tarixinin öyrənilməsinə maraq göstərən oxucular və ali məktəblərin jurnalistika fakültəsi tələbələri, magistr və doktirantları ücün gərəkli mənbə hesab edilə bilər. 

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV