Modern.az

Əli İnsanova yeni cinayət işi açılır?..

Əli İnsanova yeni cinayət işi açılır?..

Aktual

7 İyun 2016, 15:53

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürüldüyü barədə xəbər yayılıb.

 

Modern.az-ın məlumatına görə,  bu barədə hüquqşünas Namizəd Səfərov Facebook səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Əli İnsanov hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur.

 

“Deyəsən, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə adı ilə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni qondarma ittiham irəli sürülür. Məlum olduğu kimi Əli İnsanovun 12 illik həbs cəzasını tam çəkib qurtarmağına bir neçə ay qalırdı”.

 

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

 

Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır