Arxiv
11 İyun 2016, 10:16 | AKTUAL
“Oazis”dəki kütləvi davaya görə həbs olunan azadlığa çıxdı

 

 Bakı Apellyasiya Məhkəməsində “Oazis” restoranında xuliqanlıq etməkdə təqsirləndirilən Bakı şəhər sakinləri Məmmədov Camal Mahir oğlu, Abdullayev Ravid Yusif oğlu, Əsgərov Zaur Mahir oğlu, Şəki rayon sakini Adıgözəlov Kənan Mehman oğlu, Sumqayıt şəhər sakini Tumasov Emil Rafiq oğlu və Gürcüstan Respublikası vətəndaşı Tomayev Azad Nizami oğlu barələrində olan hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

 

Belə ki, Z.Əsgərovun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi CM-in 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsinə tövsif edilib və o, islah işləri cəzasına məhkum olunub.

 

Z.Əsgərov məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabr ayının 2-də, gecə saat 22:00 radələrində, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 24 ünvanında yerləşən “Oazis” restoranında baş verib. Həmin restoranda övladının ad gününü keçirən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Əsgərov Zaur Mahir oğlu onların masasında əyləşən digər tanışı Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Tumasov Emil Rafiq oğlunun ünvansız söyüş söyməsinə ofisiant Adıgözəlov Rəhman Mehman oğlu kobud normada irad bildirib. Z.Əsgərovla E.Tumasov və onların digər tanışı, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Abdullayev Ravid Yusif oğlu restoranda R.Adıgözəlovla mübahisə zamanı onu döyüblər.

 

Həmin şəxslər xidmətçinin baş nahiyəsinə yumruq zərbələr endiriblər və onun sağlamlığına yüngül zərər vurublar.

 

Bu zaman restoranda ofisiant işləyən Şəki rayon sakini, 1995-ci il təvəllüdlü Adıgözəlov Kənan Mehman oğlu qardaşı R.Adıgözəlovun döyülməsini görüb, hadisə yerinə yaxınlaşıb. O, burada R.Abdullayevə xəsarət yetirərək, qardaşını həmin şəxslərin əlindən alıb.

 

Daha sonra hadisə yerinə restoranda mühafizəçi vəzifəsində çalışan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Camal Mahir oğlu və baş inzibatçı vəzifəsində işləyən Gürcüstan Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Tomayev Azad Nizami oğlu gəlib.

 

Restoran işçiləri qanlı dava zamanı qonaqlardan E.Tumasovun sağlamlığına yüngül zərər vurublar. Hadisə yerinə Binəqədi Rayon Polis əməkdaşları gəlib. Yaralı şəxslər xəstəxanaya yerləşdiriliblər.

 

C.Məmmədov, R.Abdullayev, E.Tumasov və A.Tomayev CM 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), K.Adıgözəlov CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və Z.Əsgərov 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

 

2015-ci ilin iyun ayında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə C.Məmmədov, K.Adıgözəlov, R.Abdullayev 9 ay 7 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. E.Tumasovla A.Tomayevin qazancından 20 faiz tutulmaqla 2 il müddətinə şərti olaraq islah işləri cəzasına məhkum olunub. Məhkəmə Z.Əsgərova isə 2 il sınaq müddəti ilə şərti cəza tətbiq edib.

 

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən E.Tumasov isə apellyasiya şikayəti verib.

 

Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakimlər vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti verib.

 

Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib. İşə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılan zaman Z.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

 

Modern.az  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyada azərbaycanlıların futbol klubu açıldı 17 Fevral 2020, 12:03 Zaqatalada evdən oğurluq edən dəstə üzvləri saxlanıldı 17 Fevral 2020, 12:00 Fevralda dəm qazı zəhərlənməsindən 248 müraciət - XƏSTƏXANADA ÖLƏN DƏ OLUB 17 Fevral 2020, 11:57 “Ekologiya postu” söküləcək - Rəsmi 17 Fevral 2020, 11:51 Narkomaniyanı təbliğ edən meyxanaçı saxlanıldı 17 Fevral 2020, 11:45 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On səkkizinci və on doqquzuncu söz 17 Fevral 2020, 11:40 İsrail iş adamları Azərbaycana investisiya yatırmaq istəyir 17 Fevral 2020, 11:35 Badamdarda torpaq uçqununun səbəbi AÇIQLANDI 17 Fevral 2020, 11:29 Sivil qaydalarla balıq ovlayın - İdarə rəisindən ÇAĞIRIŞ 17 Fevral 2020, 11:23 46 uşaq sığınacaqlara yerləşdirildi 17 Fevral 2020, 11:16 Ukraynadan Azərbaycana göndərilən pulun məbləği AÇIQLANDI 17 Fevral 2020, 11:10 Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub 17 Fevral 2020, 11:04 BDU-ya yeni mətbuat katibi təyin edildi - FOTO 17 Fevral 2020, 10:58 Bakı Ali Neft Məktəbi Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı 17 Fevral 2020, 10:52  “Azərsu” rəhbərliyi rayonlarda qəbul keçirəcək 17 Fevral 2020, 10:46 Narkoloji Mərkəzdə dəhşət: Xəstə özünü asdı 17 Fevral 2020, 10:40 111 nömrəli marşrut xəttinə yeni avtobuslar VERİLDİ - FOTO 17 Fevral 2020, 10:34 Ayaz Mütəllibov Paşinyanın ittihamlarına belə cavab verdi - VİDEO 17 Fevral 2020, 10:28 Türkiyədən Azərbaycana avtomobil ixracı artıb 17 Fevral 2020, 10:22 Bir gündə 4 nəfəri it dişlədi 17 Fevral 2020, 10:15 Azərbaycan millisinə 22 futbolçu çağırıldı - SİYAHI 17 Fevral 2020, 10:08 İslahatlara kimlər mane olmağa çalışır: Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar... 17 Fevral 2020, 10:02 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 17 Fevral 2020, 09:56 Cəbhədə pulemyotlar susmur 17 Fevral 2020, 09:50 Paytaxt polisi 28 cinayətin üstünü açdı 17 Fevral 2020, 09:44 “Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm” - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ” 17 Fevral 2020, 09:39 Messi La Liqada yenə liderdir - qol və asist sayı 17 Fevral 2020, 09:34 Çindən təxliyə edilən tələbələr Kliniki Tibbi Mərkəzə yerləşdirildi 17 Fevral 2020, 09:15 Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır - Siyavuş Novruzov 17 Fevral 2020, 09:08 Bakıda çarpayıdan yıxılan vətəndaşla bağlı ƏMƏLİYYAT 17 Fevral 2020, 09:06 Çində koronavirusdan ölənlərin sayı artır 17 Fevral 2020, 09:01 Türkiyə yenidən silkələndi 17 Fevral 2020, 00:56 Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 17 Fevral 2020, 00:37 Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı 17 Fevral 2020, 00:17 "Ermənilər dünyanın gözü qarşısında özlərini biabır etdilər" - Mübariz  Mənsimov 16 Fevral 2020, 23:53