Modern.az

Maşın uşağı vurub öldürdü

Maşın uşağı vurub öldürdü

Aktual

11 İyun 2016, 13:15

Bakıda azyaşlının ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Yusif Bayramov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini azyaşlı Məryəm Novruzovanı vurub.

 

Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

 

Xəzər Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı