Modern.az

259 hərbçi intihar edib

259 hərbçi intihar edib

Aktual

11 İyun 2016, 17:06

Donbasda separatçılara qarşı əməliyyatlar başlayandan bəri Ukrayna hərbçilərinin1,3 min nəfəri hərbi döyüşlərlə bağlı olmayan şəraitdə ölüblər.

 

Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda ölkənin hərbi prokuroru Anatoli Matios məlumat verib.

 

“2014-2016-cı illərdə hərbi döyüşlərdən kənarda 1294 hərbçi ölüb. Səbəbləri bunlardır: 112 nəfər yol-nəqliyyat hadisəsində, 96 hərbçi narkotikdən, spirtli içki qəbul etməkdən”, - o, deyib.

 

Hərbi prokurorun sözlərinə görə, 259 hərbçi intihar edib, 121-i öldürülüb. Texniki təhlükəsizliyə əməl edilməməsindən, o cümlədən silahla və hərbi sursatla ehtiyatsız davranış 111 nəfərin həyatına son qoyub. O, 405 nəfərin xəstəlikdən dünyasını dəyişdiyini də vurğulayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu