Arxiv
13 İyul 2016, 19:20 | HADİSƏ
Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün komissiya yaradıldı - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.

Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.

Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.

Sərəncama əsasən, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədilə Komissiya və Komissiyanın Katibliyi yaradılır.

 

Komissiya və Komissiyanın Katibliyinin tərkibi aşağıdakı kimidir:  

 

Komissiyanın sədri:

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri:

 

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 

Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

 

İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

 

Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru

 

Məmməd Musayev – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

 

Komissiyanın Katibliyinin rəhbəri:

 

Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri.

Komissiyaya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılır.


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00 Əli Əsədov Prezidentin tapşırıqları ilə bağlı müşavirə keçirdi 17 Yanvar 2020, 17:55 Goranboyun Sarov kəndində səyyar qəbul keçirildi 17 Yanvar 2020, 17:50 Kreativ Azərbaycan” portalı – yaradıcı şəxslər üçün kreativ kontent, fürsətlər və yeniliklər 17 Yanvar 2020, 17:44 Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atdı  17 Yanvar 2020, 17:38 Mərkəzi Bankda yeni TƏYİNATLAR 17 Yanvar 2020, 17:32 İstirahət günlərində səyahətə çıxanlara XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq! 17 Yanvar 2020, 17:26 Moskvadan VACİB MESAJ: “Qarabağ danışıqlarında irəliləyişə nail olunmayıb” 17 Yanvar 2020, 17:20 “Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir” - Qüdrət Həsənquliyev 17 Yanvar 2020, 17:17 Prezidentdən Cənnət Səlimova ilə bağlı SƏRƏNCAM 17 Yanvar 2020, 17:15 İqbal Məmmədov Qosmalian və Kələxan kəndlərində seçicilərlə görüşüb - FOTOLAR 17 Yanvar 2020, 17:10 Liviya Qoşunlarının komandanı Putinə məktub yazdı 17 Yanvar 2020, 17:05 100 yaşlı şair öz yubileyinə qatıldı - “Bu yaşıma baxmayaraq idman edirəm” 17 Yanvar 2020, 16:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   17 Yanvar 2020, 16:55 Bakı polisində yeni rəis TƏYİNATI 17 Yanvar 2020, 16:48 Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR 17 Yanvar 2020, 16:43 “Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq 17 Yanvar 2020, 16:38 Beynəlxalq müşahidəçilərin sayı artır 17 Yanvar 2020, 16:32
SORĞU Yeni parlamentdə kimlər olsun?