Arxiv
28 Oktyabr 2009, 16:50 | ÖLKƏ
Gələn ildən pensiyaya çıxanlar minimum 90 manat təqaüd alacaqlar

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslüm Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, Səlim Müslümov bu il pensiyaların artırılmasının gündəlikdə durmadığını ancaq gələn il növbəti artımın baş verəcəyini qeyd edib.

Onun sözlərinə görə, pensiyaların baza və sığorta hissəsi ölkədə istehlak qiymətlərinin səviyyəsindən asılı olaraq artırılır. Hazırda isə ölkədə istehlak qiymətlərinin indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə azaldığlndan bu il pensiyanın məbləği artırılmayacaq. S.Müslümov deyib ki, gələn il yanvarın 1-dən sonra pensiyaya çıxanların təqaüdünün məbləği 90 manatdan aşağı olmayacaq. Buna pensiya qanununa əlavə və dəyişikliklər imkan yaradıb.

Pensiya təyinatı zamanı bəzi nöqsanlara yol verildiyini bildirən S.Müslümov qeyri-qanuni yollarla təqaüdə çıxan 100 nəfərin pensiyası təminatının ləğv olunduğunu deyib. 

Neqativ hallar bir neçə ay ərzində davam edən yoxlamalar nəticəsində aşkarlanıb. DSMF sədri bildirib ki, sığorta-pensiya sisteminin islahatları çərçivəsində əmək pensiyaları əmək stajına əsasən veriləcək: “Əmək stajına görə pensiyaların verilməsi 2006-cı ildən pensiya yaşına çatmış insanlara şamil olunacaq. Hazırda fond tərəfindən 2006-cı ilədək pensiya yaşına çatmış şəxslərin əmək pensiyası alması məsələsinin həlli üçün hüquqi əsaslar işlənib hazırlanır. S.Müslümovun sözlərinə görə, hazırda ölkədə 1,3 milyon təqaüdçü var. Azərbaycanda orta əmək pensiyası 75 manat təşkil edir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53 “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlandı 22 Oktyabr 2020, 22:40 “Elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, koronavirus Orduya gedib çıxsın” - Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ 22 Oktyabr 2020, 22:29 “Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq” - Cavid Qurbanov 22 Oktyabr 2020, 22:20