Modern.az

Şamaxıda avtomobil Bakı sakinini vuraraq öldürüb

Şamaxıda avtomobil Bakı sakinini vuraraq öldürüb

12 Sentyabr 2016, 17:11

Şamaxı şəhərində Bakı şəhər sakini avtomobillə vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

 

Hadisə sentyabrın 11-də saat 20:00 radələrində baş verib. Belə ki, Şamaxı şəhərində Yevlax şəhər sakini Şəhriyar Bağırzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zöhrə Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu