Arxiv
17 Oktyabr 2016, 14:59 | AKTUAL
Siqaretdən imtina edənlər üçün “qaynar xətt” yaradılır

2016-cı il 1 noyabr tarixindən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "qaynar xətt" fəaliyyətə başlayacaq.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.

 

Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.

 

Sözügedən işin təkmilləşdirilməsi məqsədilə İSİM-in nümayəndələri oktyabr ayında Moskvada keçiriləcək “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminarda iştirak edəcəklər.

 

Səfərdə məqsəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun və Rusiya Federasiyasının “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi” sahəsində əldə olunan beynəlxalq təcrübənin Azərbaycana uyğun modelini İSİM-də açılacaq kabinetin fəaliyyətində tətbiq etməkdir.

 

2 ay davam edəcək pilot faza ərzində yaradılan kabinetin və "qaynar xətt"in hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulur. Hazırda İSİM-in ambulator şöbəsində müvafiq kabinet yaradılıb, xüsusi telefon xətti ayrılıb və çalışacaq mütəxəssislərə tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında 3 günlük təlimlərin keçirilməsinə başlanılıb.

 

Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək.

 

Pilot layihənin müddəti başa çatdıqdan sonra görülmüş işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və "qaynar xətt"in davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcək.

 

Xatırladaq ki, Azərbaycan Respublikası hələ 2005-ci ildə “Tütünə qarşı mübarizə haqqında” Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasını ratifikasiya edib. Həmin Konvensiyanın 14-cü Maddəsinə əsasən hər bir ölkə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın adekvat müalicəsinin təmin edilməsinə kömək üçün səmərəli tədbirlər görməli, habelə tibbi-sanitariya yardımı müəssisələrində və reabilitasiya mərkəzlərində tütündən asılılığın diaqnostikası, profilaktikası, müalicəsi və məsləhətlərin verilməsi üzrə proqramlar hazırlamalı və həyata keçirməlidir.

 

Mirmahmud KAZIMOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tarixdə iz qoyanlar: Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı - Süleyman bəy Əfəndiyev kim olub?.. 28 mart 2020, 13:11 Qızıl Aypara Cəmiyyəti Coronavirus pandemiyası ilə mübarizə məqsədilə “Qaynar Xətt” yaratdı 28 mart 2020, 13:05 Koronavirus, bulvar, bir də tənha musiqiçi 28 mart 2020, 13:00 Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir - FOTO   28 mart 2020, 12:53 İrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdi 28 mart 2020, 12:46 Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan pulun məbləği AÇIQLANDI 28 mart 2020, 12:40 12201 nəqliyyat vasitəsi postlardan geri QAYTARILDI - 10 nəfər məsuliyyətə cəlb edildi 28 mart 2020, 12:34 Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO 28 mart 2020, 12:28 Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq - Çinin dövlət müşaviri 28 mart 2020, 12:22 Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib 28 mart 2020, 12:15 “Bakı Metropoliteni”indən sərnişinlərə müraciət - iş vaxtı dəyişib 28 mart 2020, 12:07 Hacıqabulda sakinlərlə maarifləndirci və profilaktik söhbətlər aparılıb - FOTO 28 mart 2020, 12:00 Azərbaycan nefti 3 dollar ucuzlaşdı   28 mart 2020, 11:55 BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30000 manatdan artıq ianə edib 28 mart 2020, 11:50 Qazaxa giriş-çıxış BAĞLANDI 28 mart 2020, 11:43 Bakı şəhəri üzrə 2100 avtobus gündəlik xəttə çıxır - Mais Ağayev 28 mart 2020, 11:36 “Könüllü DOST”lardan tənha yaşlılara dost dəstəyi - FOTO 28 mart 2020, 11:29 Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, təlaşa qapılmayaq” 28 mart 2020, 11:22 Onlayn supermarket yaradıldı 28 mart 2020, 11:15 Gənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi 28 mart 2020, 11:07 Nazirlikdən ağacların kəsilməsi fakti ilə bağlı AÇIQLAMA 28 mart 2020, 11:00 Rusiyada koronavirusa qarşı vaksinin yeddi prototipi hazırlandı 28 mart 2020, 10:53 Azərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİ 28 mart 2020, 10:46 Vətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama 28 mart 2020, 10:40 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək 28 mart 2020, 10:34 Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI 28 mart 2020, 10:27 Daha bir yüksək rütbəli məmur işdən çıxarıldı 28 mart 2020, 10:20 Neft kəskin ucuzlaşdı - Son qiymət 28 mart 2020, 10:14 Deputatların koronavirus testinin nəticəsi AÇIQLANDI   28 mart 2020, 10:06 Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO 28 mart 2020, 09:58 Sabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHI 28 mart 2020, 09:50 İbrahim Məmmədov: “Sağalma ilə xəstəliyin yayılma sürəti arasında kəskin fərq var” 28 mart 2020, 09:43 Səhiyyə sistemi çökən ABŞ xaricdən həkim axtarır 28 mart 2020, 09:35 Xaçmazda avtomobil yandı 28 mart 2020, 09:27 Cəbhədə gərgin gecə: Düşmən pulemyotlardan atəş açdı 28 mart 2020, 09:20