Modern.az

“Qarabağ”dan möhtəşəm qələbə

“Qarabağ”dan möhtəşəm qələbə

Aktual

4 Noyabr 2016, 01:55

Avropa Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Yunanıstanda növbəti oyununa çıxıb. Modern.az saytı xəbər verir ki, matç Saloniki şəhərinin "Tumba" stadionunda keçirilib. İki həftə əvvəl Bakıda Yunanıstanın PAOK komandasını 2:0 hesabı ilə məğlub edən “Qarabağ” bu dəfə də meydana qələbə üçün çıxmışdı. Bütün oyun ərzində üstünlüyünü qoruyan komandamız oyunun 69-cu dəqiqəsində istəyinə çatıb. Miçel Madera vurduğu qolla komandamızı hesabda önə çıxarıb.

Sonrakı dəqiqələrdə də bir neçə dəfə fərqlənməyə yaxın olan Qurban Qurbanovun komandası istəyini qola çevirə bilməyib. Beləliklə, “Qarabağ” səfərdən 3 xalla dönərək aktivindəki xalları 7-yə çatdırib. Bununla da “Qarabağ” turnir cədvəlindəki mövqeyini bir qədər də gücləndirərək ikinci pilləyə yüksəlib.

 

1.

Fiorentina

4

3

1

0

11:2

10

2.

Qarabağ

4

2

1

1

6:7

7

3.

PAOK

4

1

1

2

2:4

4

4.

Slovan

4

0

1

3

4:10

1

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır