Modern.az

Türkiyədə daha bir deputat tutuldu

Türkiyədə daha bir deputat tutuldu

4 Noyabr 2016, 15:42

Türkiyədə PKK-nın siyasi qanadı hesab edilən kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) qrup başqan vəkili İdris Baluken həbs olunub.

 

Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, terror istintaqı çərçivəsində gecə Ankarada nəzarətə alınan HDP qrup başqan vəkili İdris Baluken istintaqa gətirildiyi Bingöldə məhkəmə qərarı əsasında həbs olunub.

 

Xatırladaq ki, HDP üzvləri olan 11 deputat həbs olunub. Onların arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var.

 

Toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunduqlarına görə dindirilməyə çağırılan, lakin məhkəməyə gəlməyən həmin deputatlarla bağlı əməliyyat keçirilib.

Polis S.Dəmirtaşı Diyarbəkirdə, F.Yüksəkdağı isə Ankarada saxlayıb. 

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı