Modern.az

Mərkəzi bank depozit hərracının müddətini azaltdı

Mərkəzi bank depozit hərracının müddətini azaltdı

Aktual

4 Noyabr 2016, 17:45

 Mərkəzi Bank yenidən not emissiyası keçirməsinin səbəblərini açıqlayıb.

 

Bankdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ildə pul təklifinin artımını tənzimləmək məqsədilə Mərkəzi Bank  likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirib:

“İyun ayından etibarən milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarına başlanılıb. Eyni zamanda sterlizasiya imkanlarının genişləndirilməsi üçün depozit əməliyyatları ilə yanaşı 28 gün müddətinə notların emissiyasının da həyata keçirilməsinə dair qərar qəbul olunub. Notların emissiyası Mərkəzi Bankın təşkil etdiyi depozit hərraclarına fasilə verilməsi anlamına gəlmir. Belə ki, notların dövretmə müddətinin 28 gün olmasını nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən cəlb olunan depozitlərin müddətinin 14 günə qədər azaldılması planlaşdırılıb”.

 

Məlumatda bildirilib ki, Mərkəzi Bank tərəfindən keçirilən depozit hərraclarında cəlb ediləcək vəsaitin həcmi əvvəlcədən müəyyən edilir və elan olunur:

 

“Hərraclarda tələb Mərkəzi Bank tərəfindən cəlb ediləcək məbləğdən çox olduğu təqdirdə sifarişlər proporsional bölünür və yekunda elan olunmuş məbləğ cəlb olunur”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır