Modern.az

Alman hərbçilər Azərbaycanla bağlı məlumatlandırılıb

Alman hərbçilər Azərbaycanla bağlı məlumatlandırılıb

Aktual

4 Noyabr 2016, 21:18

Almaniya Silahlı Qüvvələri (Bundesver) Baş Qərargahının Hamburq şəhərində  yerləşən Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin hazırda həmin Akademiyada təhsil alan iki azərbaycanlı zabitinin təşəbbüsü ilə “Azərbaycan haqqında məlumat günü” keçirilib. Modern.az saytı xəbər verir ki, akademiyanın rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə azərbaycanlı zabitlər tərəfindən tədbir iştirakçılarına ölkəmiz haqda geniş məlumat verilib. Azərbaycanın coğrafiyası, tarixi, siyasi sistemi, iqtisadiyyatı, mədəniyyəti və ordu quruculuğunda aparılan son islahatlar barədə danışılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

 

Tədbirdə Azərbaycanın siyasi və iqtisadi inkişafı, regionda aparıcı gücə çevrilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı xarici və daxili siyasətin uğurları diqqətə çatdırılıb, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Xocalı qətliamı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə yönəlmiş səylər barədə ətraflı məlumat verilib.

 

Brifinqin yekununda Bundesver Baş Qərargahının Akademiyasının rəis müavini və təhsil direktoru, admiral Karsten Snayder çıxış edərək ölkəmizin vacib coğrafi-siyasi mövqeyi və iqtisadi əhəmiyyəti barədə məlumat verib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu vurğulayıb. 

 

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniyadakı hərbi attaşesi, polkovnik Mahir Bayramov, Bundesver Baş Qərargahının Akademiyasının professor-müəllim heyəti, akademiyada təhsil alan alman və xarici zabitlər iştirak ediblər.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü