Türkiyə mətbuatının yaydığı məlumata görə, bu ölkədə "donuz qripi"dən ölənlərin sayı 15-ə çatıb. Dörd ölüm faktı noyabrın 4-də qeydə alınıb. Onlardan ikisi gənc qadın, biri uşaq, digəri isə orta yaşlı kişidir. Xəstələr müalicə olunduqları xəstəxanalarda dünyalarını dəyişiblər. Türkiyədə "donuz qripi"nə qarşı peyvəndə başlanılıb.