Arxiv
4 Noyabr 2009, 17:22 | QARABAĞ
Politoloq Mübariz Əhmədoğlu:"ABŞ Türkiyəni zəiflətmək istəyir"

Modern.az xəbər verir ki, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu noyabrın 4-də regionda baş verən son proseslərlə bağlı mətbuat konfransı keçirib.

Onun qənaətincə, Türkiyə Qafqazda mövqelərini itirməkdədir: «Türkiyə Qafqazda ciddi tərəfdaşı olan Rusiyanı da itirə bilər. ABŞ-ın burada yürütdüyü siyasət öz rolunu oynayır. ABŞ Türkiyəni zəiflətmək istəyir. Bundan əlavə, ABŞ-ın əlində olan erməni kartı həm İranı, həm də Rusiyanı zəiflədə bilər. Çünki İran və Rusiya elitasında erməni faktoru daha çox özünü biruzə verir. Artıq MDB məkanında Rusiyanın maraq zonasının tam sahibi Amerikadır. ABŞ Rusiyanı ya özünün tərəfdaşına, ya da əlaltısına çevirmək istəyir. Rəsmi Vaşinqtonun müəyyən qədər bu məqsədinə çatdığını söyləmək mümkündür. Əgər belə demək mümkündürsə, bu gün Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin bir bölməsi kimi fəaliyyət göstərir».

M.Əhməroğlu deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə millətinin və dövlətinin sıradan çıxması deməkdir. "Artıq Türkiyədə milli natamamlıq kompleksi gedir. Nurçular orada elə bir siyasət yürüdüb ki, türk öz kökündə erməni axtarır»-deyə o, bildirib.

Azərbaycanın işğal edilmiş rayonlarının boşaldılmasına gəlincə, politoloq bildirib ki, erməni tərəfi bu prosesi müxtəlif bəhanələrlə gecikdirmək istəyir: «ATƏT-in Minsk Qrupunun həmsədrləri sonuncu dəfə regionda olarkən bəyan etdilər ki, Dağlıq Qarabağın gələcək taleyini onun əhalisi müəyyən edəcək. Həmsədrlərin hazırladıqları variantda tədricən millətlərin öz müqəddəratını təyin etmə prinsipindən söhbət getmir. Yəni, Dağlıq Qarabağın taleyini azərbaycanlılar ora qayıtdıqdan sonra, ermənilərlə birlikdə müəyyən edəcəklər. Əgər ermənilər sülh yolu ilə Dağlıq Qarabağ ətrafındakı 7 rayonu boşlatmağa hazırdılarsa, nəyə görə, işğalçıların qoşunlarının 70 faizi Tərtər-Ağdam-Füzuli istiqamətindədir. Ən sıx minalanmış ərazi də bu zonadır. Kəlbəcər tamamilə təhlükəsiz vəziyyətdədir. Orada 300 və ya 500 nəfərdən yuxarı erməni hərbiçisi yoxdur. Qubadlı, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında isə erməni hərbçilərinin sayı 2000-dən çox deyil. Niyə görə təhlükəsiz yerlər yox, minalanmış və daha çox hərbi bazanın olduğu rayonlar birinciyə salınıb?». M.Əhmədoğlu hesab edir ki, ermənilər bununla manevrlər edərək, torpaqları boşaltmaq istəmirlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF 23 Oktyabr 2020, 09:46 Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:40 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53