Arxiv
18 Yanvar 2017, 09:05 | MÜSAHİBƏ
Ayaz Mütəllibov: “Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi” - MÜSAHİBƏ

“Moskvadan gələnlər AXC-ni də idarə edirdilər”

 

1990-cı ildə Bakıda törədilmiş qanlı 20 Yanvar hadisələrinin 27-ci ildönümü tamam olur. Bununla bağlı Azərbaycanın ilk prezidenti, 20 Yanvar hadisələri zamanı Azərbaycan Nazirlər Sovetinin sədri olmuş Ayaz Mütəllibov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

-Ayaz nüəllim, həmin vaxt baş nazir vəzifəsində idiniz. 20 Yanvar hadisələri olacaqdı, qarşısıalınmaz idi, yoxsa hansısa formada bunun qarşısını almaq mümkün idi?

-Bəli, mən onda Nazirlər Kabinetinin sədri vəzifəsində idim. Mənim tutduğum vəzifə isə siyasi vəzifə deyildi. Mən ölkənin sırf iqtisadi problemləri ilə məşğul olurdum. Qarabağ problemlərindən də kənar deyildim.  Bütün səyimi Ermənistandan qovulub, Azərbaycana gələn qaçqınlara sərf edirdim.

20 yanvar olmaya da bilərdi, əgər radikal müxalifət Bakı qarnizonunun qarşısındakıları dağıtsaydı. Ancaq əks proses baş verirdi. Silahsız xalqı kazarmaların qarşısına göndərdilər. Mərkəzi Komitənin qarşısında da belə idi. Əfsuslar olsun ki, nahaq yerə qan axdı...

- Mərkəzi Komitənin 1-ci katibi Əbdürrəhman Vəzirovla 1990-cı ilin 20 anvar ərəfəsində rus qoşunlarının Bakıya girə biləcəyi ehtimalından danışırdınızmı? O, bu haqda nə düşünürdü?


- Əbdürrəhman Vəzirov məgər bilirdi ki, 20 yanvarda ordu Bakıya girəcək? 16 yanvarda o, vəzifədən uzaqlaşdırılmış, Moskvaya getmişdi. Mərkəzi Komitə,  Nazirlər Kabineti, Bakı Komitəsinin binaları müxalifət tərəfindən zəbt olunmuşdu. Bunu Moskva Konstitusiya çevrilişi kimi qəbul edirdi. Beləliklə, müxalifət respublikanı zərbə altında qoymuşdu.  Ölkəni Moskvadan gələn Primakovun rəhbərliyi ilə yüksək vəzifəli şəxslər idarə edirdilər. Azərbaycanın bütün rəhbərləri vəzifələrindən uzaqlaşdırılmışdılar. Ordunun Bakıya girəcəyi xəbərini AXC liderlərinə həmin bu qrup demişdi. Hətta Mərkəzi Komitənin qarşısındakı mitinq zamanı camaatın qarşısında çıxış edən Primakov etiraf etmişdi ki, qoşunlar Bakıya girəcək, dağılın!  Bundan əlavə, Primakov və Moskvadan gələnlər AXC liderləri ilə görüşlərində də bunu vurğulamışdılar. Onlar xalqı Mərkəzi Komitənin qarşısından uzaqlaşdırmaq istəyirdilər. Müxalifət buna rədd cavabı vermişdi. Maraqlısı budur ki, Azərbaycan rəhbərliyinin bu danışıqlardan xəbəri 20 Yanvardan sonra oldu. Əbürrəhman Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi, ancaq girəcəyinə inanmırdı.   

- Vəzirov hakimiyyətdən gedəndən sonra onunla əlaqə yaratdınızmı? Belə bir şey oldusa,  ona nələr dediniz?


- Vəzirov hakimiyyətdən gedəndən sonra onunla əlaqəm olmayıb.


- Müsahibələrinizdən birində demisiniz ki, o zamankı hökumət strukturları  AXC qüvvələrinə yardım edirdi.


-Mən əlavə də edərdim. 16 yanvardan sonra ölkədə hakimiyyət AXC-nin və Moskvadan gələn qrupun əlində idi. İkincilər birinciləri idarə edirdilər. Bu haqda Vaqif Hüseynov “Bir həyatdan çox” kitabında ətraflı yazıb.

-20 Yanvardan sonra hansı AXC liderləri ilə görüşmüşünüz? Zəhmət olmasa, adlar çəkərdiniz.

-Demək olar ki, hamısı ilə. Onlara əl-ələ verib, hakimiyyət uğrunda mübarizəni kənara qoymaq, ölkəni düşdüyü “Qarabağ tələsindən” qurtarmağı dəfələrlə təklif etmişəm. Hətta bir neçə AXC liderlərinə nazir və s. vəzifələr verdik ki, ölkədə stabillik olsun.

-Belə fikirlər var ki, siz və DTK sədri Vaqif Hüseynov 20 Yanvar cinayətinin ört-basdır  edilməsi üçün cəhdlər göstərmisiniz. Məsələn, eks-baş nazir Pənah Hüseyn mənə müsahibəsində belə demişdi.

-Əlbəttə ki, bu, ağ yalandır.  Vaqif Hüseynov professional çekistdir və etdiklərinin kiminsə biləcəyi gülüncdür. Pənah Hüseynin bunu hardan bilməsi maraqlıdır. Gedib Vaqif Hüseynovun  AXC haqqında yazdıqlarını oxusun.  

-Vaqif Hüseynovla əlaqələriniz hansı səviyyədə idi o zamanlar. Heç özünü hadisələrə görə təqsirkar hiss edirdimi?

-O zamanlar Vaqif Hüseynov  DTK-nın sədri  idi və ölkədə baş verən hadisələr haqda mənə birbaşa məlumat verirdi. Vaqif Hüseynovun bir vətəndaş kimi, yüksək DTK generalı kimi Çaykənd, Kamo və sairə kəndlərin erməni silahlı dəstələrindən azad olmasında  müəyyən rolu olub.

-Sizin müavin olmuş Artur Rasizadənin o zaman Bakıya qoşun çağırmaq üçün Moskvaya teleqram vurduğu bildirilir. Bu haqda nə deyə bilərsiniz?

-Nə deyə bilərəm? Mənim bu haqda heç bir xəbərim yoxdur.

-Bu faciəyə görə, heç özünüzü təqsirləndirmisiniz?

-Məgər mən xalqı kazarmaların qarşısına, rus tanklarının üzərinə göndərmişəm? Bu, Qorbaçov komandasının Azərbaycana qarşı təxribatı idi. Bu qırğını həyata keçirənlər Moskvadan gələn, respublika rəhbərliyini idarəçilikdən uzaqlaşdıran Primakovun dəstəsi və müxalifətdə olan AXC-nin bəzi liderləri  idi. Bütün hadisələrin başında da bu iki qurum dururdu.

 

Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53 Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama 30 May 2020, 12:45 Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri 30 May 2020, 12:37 Bakı belə dezinfeksiya olundu - FOTOLAR 30 May 2020, 12:30 Zakir Həsənov generalları topladı - Müşavirə keçirdi 30 May 2020, 12:23 Sədərək Ticarət Mərkəzi açılır - Obyektə maskasız giriş qadağan olundu 30 May 2020, 12:15 " AYB-nin bölmələri, dövri nəşrləri olduqca bərbad durumdadır” – Emil Rasimoğlu ilə “Şənbə söhbəti”   30 May 2020, 12:07 "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA 30 May 2020, 12:00 İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi layihələrin əsasını insan faktoru təşkil edir - Deputat   30 May 2020, 11:53 Deputatlar sabah 11 məsələ barədə QƏRAR verəcəklər 30 May 2020, 11:45 Merkel Trampın dəvətini rədd etdi 30 May 2020, 11:38 Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR 30 May 2020, 11:30 Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır 30 May 2020, 11:23 “Sülh danışıqları elə bərbad vəziyətdədir ki...” - Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 30 May 2020, 11:14 DOST-un xidmətlərindən qaradağlılar da faydalanacaq 30 May 2020, 11:05 Azərbaycanda koronavirusa yoluxanlar bu xəstəxanalarda müalicə alır - SİYAHI 30 May 2020, 10:57 “Bədbəxtlik oradadır ki, bizdə hər kəs özünə çalışır...” - Fikrət Qoca ilə yubiley SÖHBƏTİ 30 May 2020, 10:50 Su hovuzunda narkotik yetişdirdi - FOTOLAR 30 May 2020, 10:45 Şıntır-mıntır 30 May 2020, 10:42 “Ermənilər məni iki dəfə öldürmək istəyiblər” - Qarabağ həqiqətlərini yayan afrikalı “İbo kardeş” - MÜSAHİBƏ 30 May 2020, 10:37 Azərbaycan nefti bahalaşdı   30 May 2020, 10:30 Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır 30 May 2020, 10:22 Vilayət Eyvazov Neftçalaya yeni rəis TƏYİN ETDİ 30 May 2020, 10:14 Azərbaycanda narkotacir qohumlar “Range Rover”lə saxlanıldı - FOTOLAR 30 May 2020, 10:05 Bakıda bir nəfər köməksiz qaldı 30 May 2020, 09:57