Modern.az

Bakı Metropoliteni tüstülənməyə aydınlıq gətirdi - YENİLƏNİB

Bakı Metropoliteni tüstülənməyə aydınlıq gətirdi - YENİLƏNİB

27 Yanvar 2017, 22:59

Bakı Metropoliteninin "Ulduz" stansiyasında tüstülənmə ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, sərnişin maşinistə "Ulduz" stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib: "Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb".

N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur: "7 saylı qatar hərəkətini davam etdirir".

 

21:57

 

Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Modern.az saytı xəbər verir ki, ölkə.az-ın məlumatına görə, saat 20:07 radələrində 007 nömrəli qatarın 2-ci vaqonunda tüstülənmə hadisəsi baş verib.

Vaqondakı kondisonerdən başlayan səslərdən sonra bir neçə saniyə ərzində vaqona tüstü dolmağa başlayıb.

 

Hadisə şahidi olan Şahin Sərdarlı bildirir ki, qatar "Ulduz" stansiyasında dayanarkən dərhal sərnişinlərə vaqonu tərk etmələri barədə məlumat verdim: "Daha sonra maşinistə və metropoliten əməkdaşlarına da yaranmış problemlə bağlı məlumat verdim. Sərnişinlər təxliyyə edildi. Metropoliten əməkdaşları və maşinist problemin kondisonerdən yarandığını təsdiq etdilər və qatarda kondisoner sistemini söndürdülər. "Koroğlu" stansiyasında maşinistlə yenidən əlaqə saxladım. Bildirdi ki, artıq məlumatlar idarəyə göndərilib. Qatar da depoya gedir. Hazırlıqlı şəkildə qatarın ora çatmasını gözləyirlər".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir