Modern.az

Cəlilabadda zəncirvari yol qəzası olub

Cəlilabadda zəncirvari yol qəzası olub

Aktual

27 Yanvar 2017, 22:25

Cəlilabad rayonunun Andreyevka kəndində zəncirvari yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 133 km-də qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Naz Lifan” markalı "12-BD-564" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 49 yaşlı Biləsuvar sakini Mirzə Cəbi oğlu Məmmədov idarəetməni itirərək yolun solunda yerləşən dükanın qarşısındakı 3 avtomobilə çırpılıb.

Qəza nəticəsində hərəkətsiz olan “VAZ-2106” və “VAZ-2107” markalı üç maşın yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb. Görüntülər mağazanın müşahidə kameralarına düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ