Arxiv
9 Noyabr 2009, 10:36 | MƏDƏNİYYƏT
Tiflis sakinləri Əli Əmirlinin “Köhnə ev”inə toplaşdılar

GÜRCÜSTANDA AZƏRBAYCAN DİLİNDƏ TAMAŞA SƏHNƏYƏ QOYULDU

Alqışlar... Gürcüstan paytaxtında teatr tamaşasının finalında əllər bu dəfə Azərbaycan tamaşası üçün çalınıb. Əli Əmirlinin “Köhnə ev” pyesi Tiflisin A.Xoreva adına Aktyorlar Evində səhnəyə qoyulmuşdu. Bu əsər Tiflisdə ilk dəfə səhnələşdirilirdi, yəni, tamaşanın primyerası idi.

“Köhnə ev”i “isidənlər” Gürcüstandakı Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının aktyorları idi. Namiq Musayev, Şeyla Şamoyeva, Fazil Bayramov, Binəli İslamoğlu, Aida Qaracayeva və başqa aktyorlar noyabrın 7-də “Köhnə Ev”in “yeni sakinləri” oldular. Tamaşanın rejissoru Namiq Hacıyev Modern.az-a müsahibəsində əsəri səhnələşdirmək üçün xeyli əziyyət çəkdiklərini deyib. Lakin maddi və bəzi texniki problemlərə baxmayaraq qarşılarına qoyduqları vəzifənin öhdəsindən də gələ biliblər: “Bu, tragi-komik bir əsər idi, ona görə oynamaq da bir az çətin idi. Ancaq mənə elə gəlir ki, aktyorlar çox gözəl oynadılar və istənilən tamaşanı ortaya qoydular”.

Tamaşada kommunizmlə kapitalizm bir evin içində mübarizə aparır. Kommunist ağsaqqal öz ideyalarından əl çəkmir, bərabərlik üçün mübarizə apardığını, əlinə silah alıb ədalət üçün vuruşduğunu və “ideya üçün ac da qalmaq olar” deyir. Kapitalist gənc isə öz puluna güvənir, hər şeyin bazarda həll olunduğu fikrini müdafiə edir.

Həyatda kommunizmin devrilib yerində kapitalist cəmiyyətin qurulduğu kimi, əsərdə və tamaşada bəhs edilən evi sonda kapitalist gənc kommunist ağsaqqaldan alır.

Dramaturq Əli Əmirlinin iki rejimin çarpışmasını bir “evə” sığışdırdığı kimi, rejissor Namiq Hacıyev də həmin didişməni bir “səhnəyə” yerləşdirib. Sonda rejissorun və aktyorların alın təri tamaşaçıların alqışları və gül-çiçəkləri ilə mükafatlandırılıb.

 
 
 

Vüqar Baba Tiflis, Gürcüstan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva Heydər Əliyevi belə yad etdi 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Heydər Əliyevin anım günüdür - VİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51 “Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir” 11 Dekabr 2019, 19:45 Komitə sədri: “ Heydər Əliyev strategiyası uğurla davam etdirilir” 11 Dekabr 2019, 19:33 İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı 11 Dekabr 2019, 19:26 Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü 11 Dekabr 2019, 19:16 UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb 11 Dekabr 2019, 18:53 Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib 11 Dekabr 2019, 18:41 Ağstafada 7 nəfəri güllələyən şəxsin məhkəməsi başlayır 11 Dekabr 2019, 18:22 İsrail Knesseti özünü buraxmaq barədə qərar qəbul etdi 11 Dekabr 2019, 18:15 Bakıda 91 yaşlı qadının evinə basqın edildi 11 Dekabr 2019, 18:08 Qorxmaz Hüseynov iki rayonun sakinlərini qəbul etdi - FOTO 11 Dekabr 2019, 17:58 Üç dostun dağlara gedən yolu - “Dağlar Günü”nün adamları 11 Dekabr 2019, 17:43 Növbəti diaqnostik qiymətləndirmənin tarixləri AÇIQLANDI   11 Dekabr 2019, 17:36 Zakir Həsənov komandir-rəis heyətinə tapşırıqlar VERDİ 11 Dekabr 2019, 17:27 İcra başçısı Fəxralı sakinlərinin problemlərini araşdırıb 11 Dekabr 2019, 17:26