Arxiv
28 Fevral 2017, 10:35 | AKTUAL
Sumqayıt hadisələri.., erməni fitnəsi..., amansız hökm...

Keçmiş SSRİ-nin ali hakimiyyət orqanları və erməni agenturasının Sumqayıt şəhərində törətdiyi hadisələrin 29-cu ildönümüdür. 


Modern.az-ın məlumatına görə, 1988-ci ilin 27-29 fevralında yaşanan həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Ermənilərin bu hadisələrin baş verəcəyindən əvvəlcədən xəbərləri olub. Həmin ərəfədə yüzlərlə erməni banklardakı əmanətlərini əvvəlcədən çıxarıblar.

1988-ci il fevralın son günlərində SSRİ DTK-sının himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

Günahsızların həbsi

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə, günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü  inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb. 


Ölüm hokmü


İstintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yarıdılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhəmdova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub. 


Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla bilavasitə icra edilib. Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırıb, ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını verib, aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin edib, hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylayıblar. 

Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayət meylli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırıb, onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri "Qarabağ bizimdir!", "Erməniləri qırın!" kimi şüar və çağırışlarla "Qarabağ" (komitəsi) və "Krunk" (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib, talan və digər cinayətlərdə fəal iştirak etmiş və  şəxsən 6 nəfər ermənini qətlə yetirib.
O, hətta hadisələr zamanı Marina və Karina Mejlumyanlar adlı erməni qızlarını da zorlayıb. 
Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verilib.
6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi-xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.


Keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olub ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak edib və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunublar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunub. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edir.


DTK-nın arxiv materiallarından həmçinin görünür ki, Sumqayıtda separatçı "Qarabağ" komitəsinin fəalı olan Konstantin Pxakadze adlı-soyadlı şəxs, həmin komitənin, habelə "Krunk" cəmiyyətinin digər fəalları təxribat xarakterli fəaliyyətlə məşğul olublar.
İstintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. 

İstintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən ekstremist "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. 


Azərbaycanlı Ə.Əhmədova qondarma ittihamlar əsasında güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə, baxılmayıb.


Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR 3 Avqust 2020, 16:26 13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55