Arxiv
10 Noyabr 2009, 11:10 | TƏHSİL
GUAM-a yeni üzvlər qoşula bilər

st1:*{behavior:url(#ieooui) }

Gürcüstanın paytaxtı Tiflis GUAM-ın Parlamentlər Asambleyasının IV iclasına ev sahibliyi edir. Noyabrın 9-da başlayan geniş iclaslarda iştirak etmək üçün Azərbaycandan millət vəkili Elton Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdədi.

Noyabrın 9-da GUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) bir-biri ilə siyasi, iqtisadi əlaqələri müzakirə olunub. Ayrı-ayrılıqda hər bir ölkədəki enerji, ekoloji və siyasi problemlərin həlli yolları axtarılıb.

GUAM yuxarıda adları çəkilən dörd ölkənin prezidentlərinin 1997-ci il oktyabrın 10-da Strasburqda imzaladıqları sənədlə rəsmi şəkildə qurulub. Demokratiya və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurulan birlik daha çox qurucu ölkələrin adlarının baş hərfi ilə - GUAM adlanır.

İclasqabağı GUAM-ın hazırkı rəhbəri Valeriy Çeçeaşvili Modern.az-ın müxbirinin sualını cavablarkən cari toplantıda GUAM ölkələrinin daxili məsələləri və bir-biri ilə olan münasibətlərindən başqa GUAM – Baltik Asambleyası və GUAM – Avropa Birliyi əlaqələrinin də prioritet mövzu olduğunu söyləyib.

Təşkilatın Parlament Assambleyasının IV iclasının ilk günündə GUAM nümayəndələrindən başqa Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Gürcüstan Parlamentinin sədri David Bakradze və başqa yüksək çinli dövlət adamları iştirak ediblər. Elə tədbiri də Parlamentin spikeri Bakradze açıb. O, GUAM-ı təhlükəsizlik, iqtisadiyyat və enerji sahəsində gücü olan bir təşkilat kimi qiymətləndirib vəqurumun növbəti toplantısına ölkəsinin ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elton Məmmədov iclasdakı çıxışında GUAM çərçivəsində dördüncü komitənin təsis olunmasını təklif edib. Bu komitə regionda təhlükəszilik məsələləri ilə məşğul olmalıdır.  “Bu komitənin qurulması Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın maraqlarının qorunmasına kömək edəcək”-deyə Elton Məmmədov Modern.az-ın müxbirinə məlumat verib.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze isə müsahibəsində GUAM-ın get-gedə böyüdüyünü, gücünün artığını söyləyib: “Bir ara deyirdilər ki, GUAM dağılır, dağılır… Amma hər şey əksinə olur. GUAM daha da güclənir. Və istisna olunmur ki, yaxın gələcəkdə üzvlərinin sayı artsın”.

Toplantıda GUAM-a üzv ölkələrdən Moldovanın nümayəndə heyəti iştirak etməyib. Moldovanın Gürcüstandakı səfiri buna səbəb kimi ölkəsində noyabrın 10-da keçiriləcək prezident seçkilərini göstərib.

Əvəzində isə başqa ölkələrdən – Baltikyanı ölkələrdən qonaqlar iştirak edib. Baltik Asambleyasının üzvləri GUAM ölkələri ilə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Tiflisdədirlər.

İclas noyabrın 10-u yekun sənədlərin qəbulu ilə başa çatacaq.

 

Vüqar Baba

Tiflis, Gürcüstan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə sosial dəstək göstərilib - FOTO 28 Oktyabr 2020, 06:29