Arxiv
14 mart 2017, 14:14 | REPORTAJ
Azərbaycanda heç kimin siqaret çəkmədiyi unikal kəndin adı YUNESKO-ya gedib çatıb - MARAQLI

Siqaretin sağlamlığa ziyanından illərdir ki, danışılır, ona qarşı müxtəlif cür təbliğat aparılır. Di gəl ki, siqaret çəkmək kimi zərərli vərdişə aludə olanların sayı nəinki azalır, əksinə, artır...

İndi siqaretin aludəçisinə çevrilənlər arasında hər yaşdan, hər cinsdən olanlar var – kişi, qadın, qoca, cavan, uşaq... Heç bir qanun, qadağa siqaret çəkənləri bu vərdişdən çəkindirə bilmir. Bəziləri siqareti “özünü göstərmək” xətrinə damağına qoysa da, çoxları siqaretlə necə deyərlər, “yatıb-durur”.

Bu problem bütün dünyanı ağuşuna alıb və çoxdan qlobal məsələlər sırasına daxil edilib.

Yəqin ki, indi dünyada elə bir yaşayış məntəqəsi yoxdu ki, orda heç kim siqaret çəkməsin. Əgər olsaydı, o kənd, o qəsəbə, o şəhər unikal bir yaşayış yeri kimi bəlkə də “Ginnesin Rekordlar Kitabı”na düşə bilərdi.

Amma belə bir yer əvvəllər – yaxın keçmişə qədər olub. Həm də elə bizim ölkəmizdə - Azərbaycanda. Bu, Kəlbəcər rayonunun Quzey Çirkin kəndidir. 1993-cü ilin aprelinədək işğal olunmayan bu kənddə heç 1 nəfər də siqaret çəkməyib.


Bəs necə olub ki, bu kənddə heç kim siqaret aludəçisi olmayıb?


Kəlbəcər rayonunun Quzey Çirkin kəndinin sakini Əlövsət Ağalarov bu haqda Modern.az saytına danışıb.

 

“Siqaret çəkənləri bezdirib kənddən çıxarardılar”

Əlövsət Ağalarov Quzey Çirkin kəndində heç kəsin siqaret çəkmədiyini təsdiqləyib.


“Bu, dədə-babadan gəlmə bir ənənə idi. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin. Fərz edin ki, kəndin mağazasına rayon istehsalat şöbəsindən siqaret gətirilirdi və həmin siqaretlər aylarla orada qalırdı. Heç bir kənd sakini siqaret almırdı. Təsadüfən kəndə qonaq gələn şəxslər onu ala bilərdi. Artıq “Raypo”dan da bilirdilər ki, bizim kəndin mağazasına siqaret verməyə ehtiyac yoxdur. Bu bir ənənə idi. Çox qəribəydi ki, bizə qonşu kəndlərdə siqaret çəkirdilər. Qonşu kəndlərin sakinləri arasında həm yaşlı adamlar, həm də cavanlardan siqaret çəkənlər az deyildi. Kəndimizə toya, yasa, qonaq qalmağa gələnlər olurdu. Onlar yığışıb bir yerdə siqaret çəkəndə bizim kəndin sakinləri həmin adamları bezdirib Quzey Çirkin ən çıxarardılar. Onlara başa salırdılar ki, bir də bu kəndə gələndə siqaret çəkməsinlər. Və həmin qonaqlar növbəti dəfə kəndə gələndə siqaret çəkməzdilər.
Bax, bizim kəndimizdə belə bir daşlaşmış adət vardı. Daha sonralar Kəlbəcər, o cümlədən bizim  kənd  rayon işğal olundu, həmin adət aradan çıxdı, unuduldu”.



“Siqaret çəkəni yerə yıxıb, ağzına mal peyini basırdılar…”

Müsahibimiz deyir ki, onun doğma kəndində siqaretə qarşı bir allergiya formalaşıbmış.

“Sizə olan hadisələrdən danışım. Deməli, yanacaqdoldurma məntəqəsində Camal adlı şəxs işləyirdi. O, aradabir gizlin siqaret çəkirmiş. Kimsə onun siqaret çəkdiyini görüb, gəlib kəndə xəbər vermişdi ki, Camala nəzarət olunsun. Kənd ağsaqqalları yığılıb cavanlara göstəriş vermişdilər ki, “Camalı tutun”. Cavanlar Camalı tutub, yıxmışdılar yerə. Sonra da cibindəki siqareti çıxarıb, əzmişdilər. Və ona dərs olsun deyə, ağzına mal peyini basmışdılar. Camalın “ay öldüm”, “ay boğuldum” kimi fəryadına məhəl qoyulmamışdı. Camal o hadisədən sonra əlinə bir də siqaret almadı.

Bax, o zamanlar kəndin ağsaqqallarına hörmət-izzət vardı. İndiki kimi deyildi. Ağsaqqalın bir kəlmə sözü hamıya bəs edirdi.

Bir dəfə də əsgərlikdən yenicə gəlmiş gənci cəzalandırmışdılar. O da siqaret çəkirdi. Onu da görüb ağsaqqallara xəbər vermişdilər. Ağsaqqallar onun valideynlərinə xəbər göndəırmişdilər: ya bu kənddən köçürsünüz, ya da oğlunuz  siqareti tərgidir. O oğlan həmin gündən qorxusundan siqareti tərgitdi”.  


“İndi həmkəndlilərimiz siqaret çəkirlər...”


Müsahibimiz onu da qeyd edib ki, Quzey Çirkin kəndi məhz siqaret çəkilmədiyinə görə YUNESCO-nun kitabına da düşüb:

“O vaxtlar kənddə tütün əkərdilər. Tütünü ondan hazırlanan tənbəkini satmaq üçün əkirdilər. Tək-tük hallarda kimsə onu kağıza büküb, çəkmişdi. O da daha sonra yığışdırıldı.
Bizim kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdi. Amma tütün əkilməsinə baxmayaraq, insanlar siqaret çəkmirdilər. Quzey Çirkin kəndində siqaretə nifrət vardı.

Amma dövran dəyişdi, araya köçkünlük düşdü… İndi məcburi köçkün həyatı yaşayan Quzey Çirkin sakinləri arasında siqaret çəkənlər var. Mən təxmini 7-8 nəfəri tanıyırm. Amma sayları elə də çox deyil. Çünki o adət-ənənə kənd adamlarının yaddaşında hələ də qalır. Hamı bilir ki, siqaret çəkmək olmaz. Həmçinin övladlarına da bunu başa salırlar”.


“Biri 100 yaşında rəhmətə gedəndə elə bilirdin ki, cavan adam ölüb”

Əlövsət Ağalarov deyir ki, Quzey Çirkin Azərbaycanda uzunömürlü inşanların ən çox yaşadığı kəndlərdən biri olub:


“Mənim nənəm 114 yaşında rəhmətə gedib. Kəndimizdə xəstəlikdən erkən yaşlarda ölən yox idi. Rəhmətə gedənlərin 90, 95, 100 yaşı olardı. Onda da elə bir ağlaşma qurulurdu ki, sanki cavan adam ölüb. Elə olub ki, 8,10 il ərzində bizim kənddə rəhmətə gedən olmayıb. Kəndin havası, suyu, təbiəti elə gözəl, elə saf idi ki… İnsanları da saf idi. Heç kim heç kimin toyuğuna kiş deməzdi, hərə öz işi ilə məşğul olurdu.
Bir sözlə, bizim kəndimizdən yox idi…”.

 

Mirmahmud KAZIMOĞLU

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20 Sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirildi 25 Oktyabr 2021, 11:16 1059 nəfər toyalara BURAXILMADI 25 Oktyabr 2021, 11:12 “Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda 25 Oktyabr 2021, 11:08 Ermənistanda COVID-19-dan daha 42 nəfər öldü 25 Oktyabr 2021, 11:04 Havar Məmmədov təltif olundu - FOTO 25 Oktyabr 2021, 11:00 Bizimkilər - “Hakim partiyanın qəzetində çalışmağın böyük məsuliyyəti var” - MÜSAHİBƏ 25 Oktyabr 2021, 10:56 Evdən 8500 manat pul OĞURLADI 25 Oktyabr 2021, 10:52