Arxiv
10 Noyabr 2009, 18:40 | TƏHSİL
Tiflisdə keçirilən GUAM toplantısının sonunda kominike qəbul olunub

Noyabrın 10-da GUAM-ın Parlament Assambleyasısnın IV iclası Tiflisdə öz işini yekunlaşdırıb. Geniş iclasın sonunda kominike, yəni, əməkdaşlıq haqqında sənəd qəbul edilib. Qəbul edilmiş sənəddə GUAM ölkələri - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova arasında siyasi, iqtisadi, enerji, ekoloji və regional təhlükəsizlik məsələləri əks olunub.
Regional təhlükəsizlik məsələlərində Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həlli nəzərdə tutulub. Bu barədə Modern.az-ın müxbirinə GUAM-ın Parlament Asambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri, millət vəkili Elton Məmmədov bildirib: “Beynəlxalq sənədlərdə Qarabağ probleminin düzgün əks olunmasına çalışırıq. Dondurulmuş münaqişələrlə bağlı GUAM-ın sənədində də Dağlıq Qarabağ məsələsi əks olunub”.
GUAM-ın Parlament Asambleyasının cari iclasında həmçinin təşkilat üzvü olan ölkələrlə beynəlxalq qurumlar arasında münasibətlər də müzakirə edilib və bu barədə də sənəd qəbul olunub. İmzalanmış kominikedə GUAM-Baltik Asambleyası və GUAM-Avropa İttifaqı əlaqələri də öz əksini tapıb. GUAM-ın bu dəfəki iclasında Baltikyanı ölkələrin birliyi olan Baltik Asambleyasının da üzvləri iştirak edib. Bu assambleya ilə də qarşılıqlı əməkdaşlıq razılaşdırılıb.
Baltik Assambleyasının prezidenti, litvalı millət vəkili Mantas Adomenas Modern.az-a müsahibəsində iki təşkilat arasındakı əlaqələrin ümumi inkişafa kömək edə biləcəyini deyib. Adomenas Baltikyanı ölkələrin GUAM ölkələrinə Avropaya inteqrasiya müstəvisində kömək edə biləcəklərini söyləyib: “Biz də GUAM ölkələri kimi Sovetlərin tərkibində olmuşuq. Ona görə də GUAM ölkələrinin hansı problemləri olduğunu yaxşı bilirik. Baltikyanı ölklər sizin üçün Avropa İttifaqı ilə əlaqələr qurmaqda bir növ körpü rolunu oynaya bilər”.
Modern.az-ın Tiflisdə hadisələri izləyən müxbiri ilə söhbətində GUAM-ın baş katibi Valeriy Çeçalaşvili də Baltik Assambleyası ölkələri ilə əlaqədə maraqlı olduqlarını bildirib. Çeçalaşvili Baltik ölkələrindən Avropa İttifaqı məsələlərində faydalana biləcəklərini söyləyib: “Mən GUAM-la Baltik Assambleyasının möhkəmlənməsinə görə çox şadam. Çünki, bizim təşkilat və təşkilata üzv ölkələr məhz Baltikyanı ölkələrin keçdiyi yolu keçirlər. Həmin ölkələr bizim üçün çox gözəl nümunə ola bilər”.
İmzalanmış yekun sənədə görə GUAM-ın növbəti toplantısı 2010-cu ildə Moldovanın paytaxtı Kişniyovda olacaq. GUAM qaydalarına görə iclaslar təşkilata növbəlik əsasında sədrlik edən ölkədə keçirilir.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00