Arxiv
28 Aprel 2017, 16:44 | AKTUAL
Dünya ölkələrində çoxuşaqlı ailələrə hansı güzəştlər olunur?

Dünya ölkələrində doğumu stimullaşdırmaq və çoxuşaqlı ailələrə dövlət dəstəyi göstərmək üçün xüsusi proqramlar var. Azərbaycanda da çoxuşaqlı ailələrə müəyyən güzəştlər var.

 

Belə ki, 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər. Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlinə 8984 nəfər qadın 5-dən çox uşağı olduğuna görə müavinət alır.

 

Modern.az dünya ölkələrində çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı kiçik araşdırmanı təqdim edir.

Məsələn, Fransada çoxuşaqlı ailələrə yardım məqsədilə “Böyük ailə” proqramı fəaliyyət göstərir.  1921-ci ildən qüvvədə olan bu proqram 3 və daha çox uşağı olan ailələrə bir sıra güzəşt və imtiyazlar verir. Hər növbəti uşaq vergi faizini azaldır və buna görə 4 uşağı olan ailələr demək olar ki, vergi ödəmir. Hər 3-cü və sonrakı uşaqlara görə dövlət 180 avro müavinət ödəyir.

 

Almaniyada da çoxuşaqlı ailələrə geniş bonuslar təqdim olunur. Hər bir Almaniya vətəndaşı yeni doğulan uşağa görə 154 avro alır. Hər növbəti uşağa görə bu rəqəm 179 avro artırılır. Avstriyada hər uşağa görə verilən müavinət 160 avrodur.

 

İsveçdə də çoxuşaqlı ailələrə xüsusi dövlət dəstəyi var. Məsələn. 3 və daha çox uşağı olan ailələrə xüsusi ərzaq talonları verilir, kirayə evdə yaşayırlarsa, mənzilin haqqı bələdiyyə tərəfindən ödənilir və təhsil haqqında güzəştlər təklif olunur.

 

Finlandiyada çoxuşaqlı ailələrə heç bir imtiyaz təklif olunmur. Amma hər yeni doğulan uşağa imtiyaz paketi verilir. Həmin paket uşağın 1 yaşına qədər olan dövrdə bütün lazımi xidmət və vəsaitlərlə təmin edir.

 

Polşada çoxuşaqlı ailələrə dəstəklə bağlı məhdudiyyətlər var. Belə ki, bu ölkədə çoxuşaqlılıq müavinətini adambaşına aylıq gəlirin 125 dollardan az olması şərti ilə verirlər. Amma ailədə şikəst uşaq yaxud işləməyən valideyn vaxtsa, müavinətin məbləği 2 dəfə artırılır.

 

Çexiyada isə çoxuşaqlı ailələr müavinətin məbləği az olsa da, qadınlara hər doğulana uşağa görə pensiya yaşları 1 il azaldılır.

 

Belarusda 4 uşaqlı ailələrə dövlət pulsuz mənzil verir.

 

Rusiyada hər 3-cü və növbəti uşağa görə dövlət 6 min rubl (180 manat) aylıq ödəniş edir. Həmçinin. Uşaqların 6 yaşa qədər tibbi xidməti və dərman pulsuz verilir, kommunal ödənişlərdə müxtəlif güzəştlər tətbiq olunur.

 

Türkiyədə ilk uşağa 200, 2-ci uşağa 400 və 3-cü uşağa isə 600 lirə aylıq müavinət ödənilir.

 

Vüqar İSMAYILOV

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37