Modern.az

Səfir: “Azərbaycandakı yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıb”

Səfir: “Azərbaycandakı yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıb”

Aktual

4 May 2017, 19:00

“Azərbaycanla İsrail arasındakı əlaqələr mükəmməldir”.

 

APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. 
 

O bildirib ki, insanlar arasında təmaslar intensiv xarakter daşıyır: "Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar. Onlar burada cəmiyyətin bir hissəsi kimi yaşayırlar".


Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə səfir deyib ki, bütün münaqişələr sülh yolu ilə həllini tapmalıdır: "İsrail Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik".  

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır