Modern.az

Rəhim Qazıyev Ustinovun sürücüsü işləyib?..

Rəhim Qazıyev Ustinovun sürücüsü işləyib?..

Aktual

8 May 2017, 18:46

1992-ci  ilin martından 1993-cü il fevralına kimi Azərbaycanın müdafiə naziri olmuş Rəhim Qazıyevlə bağlı yeni məlumat yayılıb. Bu məlumata görə, Rəhim Qazıyev hələ gənc yaşlarında Sovet Ordusunda hərbi xidmət keçdiyi zaman keçmiş SSRİ-nin Silahlı Qüvvələrində yüksək post tutan Dmitri Ustinovun sürücüsü olub. O, Ustinov ki, sonralar keçmiş SSRİ-nin müdafiə naziri işləyib.


Məlumatı Modern.az-a keçmiş SSRİ Silahlı Qüvvələrində general rütbəsinədək yüksəlmiş azərbaycanlılardan (hazırda həyatda yoxdur-red.) birinin oğlu verib. Qeyd edib ki, Rəhim Qazıyevin rus hərbçilərlə yaxınlığı həmin vaxtdan başlayıb və o, Azərbaycanın müdafiə naziri işləyəndə zamanında Ustinovun sürücüsü olmağı Rusiya ilə yaxınlaşmağında mühüm rol oynayıb. Bu yaxınlıq isə Azərbaycanın torpaqlarının işğalında, Azərbaycanda qarışıqlıq yaranmasında Rusiyaya Qazıyevdən istifadəyə imkan yaradıb.
 

Yeri gəlmişkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da Modern.az-a müsahibəsində dolaysı yolla Rəhim Qazıyevi nazir olarkan Rusiyaya işləməkdə ittiham etmişdi.


Modern.az saytı məsələ ilə bağlı keçmiş müdafiə naziri Rəhim Qazıyevlə  əlaqə saxlayıb. Lakin o, Ustinovla yaxın olmağı haqda məlumatı inkar edib:

“Heç vaxt heç kəsin sürücüsü olmamışam. Sadəcə, mənim Xəlil Raxmatulin adlı elmi rəhbərim vardı. Bir tərəfi  tatar, bir tərəfi özbək idi. O cür rəhbərə sürücülük etsəydim özümü bu gün də xoşbəxt hesab edərdim. Onun maşınını çox vaxt mən sürürdüm. Sonralar elmi rəhbərimin maşınını pulla almışdım. “Volqa” - QAZ 24 idi. Həbs olunandan sonra o maşını qardaşım sürdü. Sonra da necə olduğunu bilmədim”.


Namidə BİNGÖL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı