Modern.az

Küveytin Azərbaycandakı səfirliyi gözdən əlillər üçün mətbəə açdı - FOTOLAR

Küveytin Azərbaycandakı səfirliyi gözdən əlillər üçün mətbəə açdı - FOTOLAR

11 May 2017, 13:08

Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az GƏC ) Brayl Nəşrləri Resurs mərkəzində yeni nəşriyyatın açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, görmə imkanları məhdud şəxslər üçün müyəssər formatlı nəşrlərin hazırlanması məqsədilə Küveyt dövləti tərəfindən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə müasir standartlara cavab verən poliqrafiya avadanlıqları hədiyyə edilib.

 

Azərbaycan Görmə Əngəllilər Cəmiyyətinin Nəşriyyatı bərpa edilərək yenidən istifadəyə verilib.  Nəşriyyatda 12 nəfər görmə imkanları məhdud şəxslərin məşğulluğu təmin ediləcək.

 

Tədbirdə açılış sözləri ilə çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, göstərilən dəstəyə görə Küveytin Azərbaycandakı Səfirliyinə və Asiya müsəlmanları ittifaqının Azərbaycanda olan nümayəndəliyinə təşəkkür edib.

 

“Cəmiyyətimiz 1931-ci ildən fəaliyyətə başlayıb, yarandığı gündən dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edərək görmə imkanları məhdud şəxslər üçün iş yerlərinin açılmasında, onların məşğulluğunun təmin edilməsində, müyəssər formatlı nəşrlərin hazırlamasında, təhsil və peşə reabilitasiyasının təşkilində zəngin təcrübəyə malik olub.  1975-ci ildən fəaliyyətə başlamış

 

Az GƏC-in Brayl Nəşrləri Resurs mərkəzi(BNİRM) Brayl əlifbası, iri şrift, səsli formatda kitabların  və 2015-ci ildən başlayaraq isə tifloşərhlə filmlərin hazırlanması istiqamətində fəaliyyət göstərir.  2017-ci ilin əvvəlində Küveyt Dövləti Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Azərbaycandakı nümayəndələri tərəfindən BNİRM-nin poliqrafiya avadanlıqları yeniləyərək müasir tələblərə və beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyət və kəmiyyət göstəricilərinə malik poliqrafiya avadanlıqları ilə təmin olunub.

 

Nərimanov rayonu ərazisində görmə imkanları məhdud şəxşlər üçün tikilmiş 12 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində daha zəngin bir tipoqrafiya qurulub.

 

Tipoqrafiyada 12 nəfər görmə imkanlar məhdud şəxslər çalışacaq və əldə olunan mənfəət görmə imkanları məhdud şəxsləri dərslik və digər kitablarla təmin etməklə yanaşı, eyni üzvlərimizə maddi yardımların göstərilməsinə dəstək olacaq”.

 

Daha sonra çıxış edən Küveytin Azərbaycandakı səfiri  Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi, tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib.

 

“İlk olaraq onu qeyd edim ki, Küveyt ilə Azərbaycan arasında dini və mədəni bağlar uzun illərdən bəri mövcuddur. Küveytin Azərbaycanda təqdim etdiyi bu yardım ilk deyil, bundan əvvəl də Küveyt Azərbaycanda xeyli sayda yardımlar edib. Bu qəbildən olaraq bu gün Gözdən Əlillər Cəmiyyətinə bu mətbəənin hazırlanmasını təşkil etdik. Bu mətbəənin təşkili təxmini bir ilə başa gəldi. Bu mətbəə Azərbaycanda bir ilkdir.

 

Demək olar ki, regionda belə mətbəə yoxdur. Avadanlıqlar quraşdırıldıqdan sonra treninglər həyata keçirilib. Biz sevinirik ki, bu gün mətbəənin açılışı oldu, bundan gözdən əlillər istifadə edə biləcəklər. Ümid edirəm ki, gələcəkdə bundan böyük xeyriyyə layihələri həyata keçirəcəyik”.

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu