Modern.az

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

13 Noyabr 2009, 18:29

Noyabrın 13-də Sofiyada prezidentlər İlham Əliyevin və Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. (AzərTAc) 
“Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov imzalayıblar.
“Bolqarıstanın “Bulqartransqaz” Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu”nu “Bulqartransqaz”ın icraçı direktoru İvan Drenoviçki və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov imzalayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Sofiya Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bolqarıstan Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir