Arxiv
13 May 2011, 13:24 | MƏDƏNİYYƏT
Azərbaycanın gerçək tarixi

Musa Yaqubun poetik dünyasına səyahət 

Musa Yaqub təbiətlə danışır deyirlər. Təbiət hamımızla danışır. Ancaq kim onu eşidə, dinləyə bilir desək, bax bu Musa Yaqub duyğulu, Musa Yaqub  fəlsəfəli poeziyaya bəlkə də daha fundamental yanaşma olardı. Çağdaş Azərbaycan poeziyasının böyük şairinin yaradıcılığı təkcə təbiət şairi olmaqla bitib-tükənmir.

Musa Yaqub daha çox vətəndaş şairdir. Onun hələ gənclik yaşlarından təbiət haqqında yazdığı fikirlərin heç biri yalnız təbiət lövhələrinin tərənnümünə həsr olunmayıb. Bütün fikirlərinin arxasında mütləq vətəndaş təəssübkeşliyi sərgilənib. Bu poeziyada təbiət gözəlliklərinə münasibətlə gerçək vətənpərvərlik duyğularının vəhdəti yaranıb:

                Hələ ağaclara balta çalan var,
                Bilir ki, izini gizlədəcək qar.
                O çıxıb evinə arxayın dönər,
                Ağacın qar altda yarası göynər.

Yaxud dillər əzbərinə çevrilmiş “Bir günah sənin, bir günah mənim” şeirində təbiətin məhvinə görə hamımızı qınaq obyektinə çevirən misralar da dediklərimizin bilavasitə təsdiqidir:

                Bir gözün sən əydin, bir gözünü mən,
                Niyə narazıyıq bu tərəzidən?..
                Sən çeşmə qurudan, mən ağac kəsən,
                Bir günah sənindi, bir günah mənim.

“Dağlar çox qəribə olur gecələr” şeirindəki

                  Girib ünsiyyətə qaranlıq ilə,
                  Dərələr ucalıb, zirvə alçalıb -

ifadəsində isə ümumiyyətlə təbii olayların gərdişindən danışmaq yersizdir. Bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayan, təbiətdən çox cəmiyyətdə baş verənlərə təlqin olunan bu fikrin dərin tutumu onun ictimai yükünün ağırlığını da daim qoruyub saxlayır.

...Musa Yaqub yaradıcılığının bu çalarları haqqında çox yazılıb deyilib. Mən böyük şairin poemalarından danışmaq istəyirəm. Hərəsinin arxasında xalqımızın yaxın-uzaq tarixinin dərin qatlarına ilgili daş kitabələr yatan poemalarından. Onları ardıcıllıqla da təhlil etmək olar, ayrı-ayrılıqda da. Onların ardıcıllığında yüksələn xətt də var, hərəsinə məxsus ayrı-ayrılıqda bədii və tarixi dəyər də. Musa Yaqubun sevərək qoruduğu milli-mənəvi, təbii koloritlərlə zəngin təbiət təsvirləri və vətəndaşlıq mövqeyi isə digər yaradıcılıq məhsullarında olduğu kimi, poemaların da ruhuna hakim çox vacib detallardandır.

                                   “İki qəlb, iki dünya”

Bu poema Musa müəllimin böyük poeziyaya qovuşmaq yolunda həvəslə atdığı ilk addımıdır. Bu həvəs, bu istək poemanın “itirilmiş” ilk nüsxə-əlyazmasının şairin təfəkküründə yenidən, sətirbə-sətir canlanması nəticəsində bərpa olunub. Təbii ki, biz onun oğurlanması, yağmalanması prosesindən danışmayacağıq. Ancaq şairin poemanı bütövlükdə bərpa edə bilməsini – bu böyük hadisəni xüsusi olaraq qeyd etməyi vacib bildik.

Böyük ictimai-siyasi əhəmiyyətini ikiyə bölünmüş Azərbaycanın o taylı-bu taylı övladlarının pak, səmimi sevgisi arxasında gizləmiş poema tarixi gerçəklikləri oxucuya çatdırmaq üçün zamanında əlahiddə bir vasitəyə çevrilə bilmişdir.

...Keçmiş SSRİ paytaxtında düzənlənən gənclər festivalı şairin əlində əvəzsiz bir fürsətdir. Bu imkandan yararlanmaq üçün o, əvvəlcə festivalın özünü qiymətə mindirməlidir. “Dünyanın bütün nöqtələrindən Moskvaya təşrif buyuran gənclər bu ölkədə özlərini xoşbəxt hiss edə bilməsəydilər”, yəqin ki, Quzey Azərbaycandan gəlmiş tarçalan Azadla Güney Azərbaycandan gəlmiş müğənni Gülşənin görüşdürülməsi səhnələrinin asanlıqla tirajlanması da problemə çevriləcək idi. Şair çox böyük ustalıqla o vaxtkı Moskvanın yaratdığı bu şəraitdən cənublu Gülşəni də “bəhrələndirir”. Gülşənin festivala qatıla bilməsi isə artıq Azərbaycanın Təbriz həsrətinin bütün dünyaya nümayişidir.

Azadla Gülşənin sevgisinin fonunda ikiyə bölünmüş torpaqlarımızın hər iki hissəsində yaşayan azərbaycanlıların ürək çırpıntılarını eşidirik. Doğmalığın təzahürünə bircə baxış kifayət edir. Şair qələminin gücü ilə bir anda yaratdığı sevginin izinə düşməyə başlayır. Bu iz onu çox uzaqlara aparır:

Nə zaman Təbrizin ehtiyacını,
Bakı hiss eləyib məyus olmamış?
Vəfasız çıxmadıq bu aləmdə biz,
Saydıq özümüzə doğma Təbrizi.
Gülləyə, mərmiyə döndü qəlbimiz,
Düşmən gətirəndə cana Təbrizi!
Bəli, aləm bilir birdir nəslimiz,
Tarix həqiqəti dana bilərmi?
Axı bir torpaqda doğulmuşuq biz,
Zaman bizi ayrı sala bilərmi?
Bəs niyə gülmədi bizim ömrümüz?
Təbrizim borana, tufana düşdü.
О vüsal bizlərdən çevirdikcə üz,
Elim həsrət çəkdi, hicrana düşdü.

 Poemada çox incə çalarlarla əsərin qəhrəmanlarına – gəncliyə müraciət var. Musa Yaqub gənclərin hər şeyə qadir olduğunu önə çəkməklə əslində onlardan əvvəlcə mədəni, sonra siyasi inqilablar umur. O inqilabları ki, sonucda torpaqlarımızın bütövləşməsi, xalqımızın övladlarının bir-birinə qovuşması ilə nəticələnsin. Ancaq bütün bu fikirləri o dövrdə açıq-açığına yazmaq mümkünsüz idi.

Festivaldan döndükdən sonra hər iki gəncin düşdüyü dözülməz durum və onların sərhəd boyu göstərdikləri çabalar gec-tez sərhəd dirəklərinin sökülməsinin vacibliyinə hesablanmış bir çağırış idi. Amma o zaman yalnız cənublu Gülşənin dili ilə bunu demək mümkün ola bilirdi:

                              Ürəyimə zaman-zaman 
                              Hələ yara vurur dövran,
                              Söylə bə mən hansı zaman
                              Zülm evini yıxacağam,
                              Azadlığa çıxacağam?

                                                                                             
(davamı var)                                                                              

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27