Modern.az

Məktəblilər üçün ödənişsiz “Coding Kids – Summer Course” layihəsi həyata keçirildi

Məktəblilər üçün ödənişsiz “Coding Kids – Summer Course” layihəsi həyata keçirildi

Aktual

31 Avqust 2017, 17:15

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə ödənişsiz həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başa çatıb. 31 avqust tarixində Bulvar Hotel Bakı-da mükafatlandırma mərasimi keçirilib və 50 nəfər məktəbliyə sertifikat təqdim olunub.

 

Hal-hazırda texnologiyaların inkişafı və artımı ilə iqtisadiyyatda baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq üçün rəqəmsal savadlılığa yiyələnmək başlıca rol oynayır. Bunu nəzərə alaraq məktəblilər üçün “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edib.15 iyul-25 avqust tarixlərində baş tutan layihədə50 məktəbli iştirak edib. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar.

 

“Coding Kids – Summer IT School” layihəsi çərçivəsində 9-11 və 12-15 yaşlı məktəblilər üçün həftədə 3 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən dərslər aparılıb. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib.  

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır