Modern.az

Nazarbayev Qazaxıstan-Azərbaycan əməkdaşlığı BARƏDƏ 

Nazarbayev Qazaxıstan-Azərbaycan əməkdaşlığı BARƏDƏ 

Aktual

31 Avqust 2017, 17:55

Prezident Nursultan Nazarbayev Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, Qazaxıstan prezidenti əsrin dörddəbir hissəsi müddətində ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini və ildən-ilə intensiv artımını davam etdirdiyini bildirib.

 

“Aprel ayı ərzində ölkənizə həyata keçirilən rəsmi səfərim zamanı aparılan danışıqlar Qazaxıstan və Azərbaycan arasında münasibətlərdə yeni sərhədlərin açılmasını, müxtəlif sahələrdə əməkdaşlığın yeni prioritet istiqamətlərini müəyyən edib. Şübhəsiz ki, əldə olunmuş razılaşmaların reallaşdırılması dövlətlərimiz arasında strateji əməkdaşlığın inkişafına əlavə təkan verəcək”, - N.Nazarbayev qeyd edib.

 

Qazaxıstanın dövlət başçısı Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı