Arxiv
1 Sentyabr 2017, 15:24 | AKTUAL
Paytaxtda 95 manata da qurbanlıq heyvan satılır - Foto

Paytaxtda qubanlıq heyvanların satış yarmarkaları təşkil olunub. Modern.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qurbanlıq heyvanların satışı Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 (Keşlə bazarının yanı), Xətai rayonu, “Nargilə” kafesinin yanı, Səbail rayonu, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi, 8 (Parkın yanı ), Yasamal rayonu, Şərifzadə küçəsi, 196 ("İdeal" şadlıq sarayının həyəti) ünvanlarında təşkil olunub.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq ilk dəfə Kənd Təsərrüfatı Nazirliyi tabeçiliyində olan damazlıq təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu erkək heyvanların satışını təşkil edib. Təşkil olunan satış yarmarkalarına 3 minə yaxın xırdabuynuzlu erkək heyvan çıxarılıb. Heyvanların hamısı müayinədən keçirilib və sağlamdır.

Nazir müavininin sözlərinə görə, Bakının 4 ərazisində belə satış məntəqələri yaradılıb. Satışı nəzərdə tutulan hər bir heyvanın qiyməti 95 manatdır.

“Həmçinin bizim məqsədlərimizdən biri gələcəkdə satış məntəqələrinin sayını artırmaqla bazarda süni qiymət artımının qarşısını almaq, əhalini keyfiyyətli və ucuz ətlə təmin etməkdir. Gələcəkdə bu cür tədbirlərin miqyası daha da genişləndiriləcək. Yarmarkalar gətirilmiş heyvanların hamısı satılanadək davam edəcək”, - deyə nazir müavini vurğulayıb.

İ.Quliyev qeyd edib ki, sahibkarlara da qurbanlıq heyvanların satışı ilə bağlı müraciət edilib. Bakıda ayrılan xüsusi yerlərdə onlar öz sağlam heyvanlarını razılaşdırdıqları qiymətə sata bilərlər.

Nazir müavini əlavə edib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə gücləndirilmiş iş rejiminə keçib. Baytarlıq xidməti tərəfindən Bakıda 30-a yaxın xüsusi yer ayrılıb, həmin yerlərin 10-da kəsim məntəqələri fəaliyyət göstərir. Bundan başqa, yarana biləcək hər hansı antisanitar vəziyyətə qarşı xidmət tərəfindən müvafiq tədbirlər görüləcək.

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?