Modern.az

Sabiq deputat Şahlar Əsgərovla fotosöhbət

Sabiq deputat Şahlar Əsgərovla fotosöhbət

Fotosöhbət

8 İyun 2011, 12:29

Şahlar Qaçay oğlu Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1964 – 1967-ci illərdə ADU –nun Leninqrad Sabit Cərəyan institutunda əyani aspirantı, 1970-ci ildə “Alçaq enerjili ionlarla metalların katod tozlanması” mövzusunu müdafiə edib və fizika –riyaziyyat elmləri namizədi adı alıb. 1992-ci ildə Bakı Dövlət Universitetində “Toxunma sərhədinin qeyri bircinslilik dərəcəsinin metal-vakuum və metal – yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda doktorluq dissertasiya müdafiə edərək fizika –riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. 1993-cü ildən BDU-nun professorudur. 1994-1995-ci illərdə BDU-nun Beynəlxaəq əlaqələr üzrə prorektoru olub. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olub. Bir sıra monoqrafiyaların, kitabların, patentlərin müəllifidir. 16 elmlər namizədi və doktor yetişdirib. “Şöhrət” ordeni və “Əməkdar elm xadimi” titullarına malikdir. Yeni Azərbaycan Partiyasının funksionerlərindən biridir. Evlidir, 2 övladı var.

"Bakıda yaşasam da Kəlbəcər işğal olunana qədər özüm üçün ən qiymətli hesab etdiyim şeyləri ata evimizə göndərirdim. Düşünürdüm ki, orada heç nəyə toxunmazlar. Bu, daha çox üstündə əsdiyim kitablarım, bir də şəkillərim idi. Amma iş elə gətirdi ki, Kəlbəcər işğal olundu. Sanki Kəlbəcərin işğal gününə qədər olan həyatım, hər şeyim məhv oldu. Şəkillərim də onların içində idi. İndi sizə təqdim etdiyim şəkillər sonradan dost-tanışdan topladıqlarımdı...".  

 

ADU -də elmi konfransda çıxış.1972-ci il.

 

Moskva Dövlət Universitetində  professor Yurasovanın seminarında etdiyim çıxışdan sonra. Bu seminardan sonra Yurasova və Lev Şelyakin ilə (şəkildə sağdan birincidir) ixtira müəllifi olduq..

 

Leninqrad (indiki Sankt –Peterburq) aspirantura illəri. Arif Bədəlovla....

 

Xarkovda konfransda. 1976-cı ildə...

 

Kopenhagen.  Su pərisi ilə birgə, 1974.

 

Mənim sevimli nəqliyyat vasitəm. Danimarka, 1974.

 

Helsinki Universitetinin  ehtiyat qapısı. 1979-cu ili payızı.

Bazar günləri mən bu qapıdan universitetə girib işləyirdim.

 

 

 

Mənim üçün laboratoriyalarda işləməkdən zövq verəcək ikinci yer yoxdur. 

 

Bu şəkil də mənim müdafiə etdiyim zaman çəkilib...

 

Müdafiəm zamanı zaldan görüntülər. Birinci sırada Əli Nəbiyev, atam Qaçay Əsgərov

və məşhur fotoqraf Əli Məmmədov. İkinci sırada Haciyev İsmayıl, Cəfərov Təhməz

və Bəylər Qarayev.

 

Mən müdafiə edəndən sonra atam ziyafət verdi... H.İsmayıl, Rəhmi Həsənov, Pyotr Çistyakov və mən.

 

Çox gec evlənmişəm... 34 yaşımda... Ətrafımızdakılar dostlarımız, doğmalarımızdır...

 

Yenə laboratoriya...

 

Ailə üzvlərimizin bir qrupu... Vaxt nə tez keçdi, iş-güc başımı elə qatdı ki...

 

Kəlbəcər ziyalılarının bir qrupu. Foto 1971-ci ilin noyabrinda çəkilib. Doktor Bəhram Sarıyev, Mirzəxan Əliyev, doktor İsmət Hacıyev, İsmayıl Hacıyev, Ənver doktor və digərləri. 

 

Mən doktorluq dissertasiyasını 22.06.92-ci ildı müdafiə etmişəm. Müdafiə zamanı fotoqraf olmayıb. Ancaq zalda olan Elmi Şura üzvülərindən biri tələbə dostum  Hafiz Pashayev ( hazırda Diplomatiya Akademiyasının rektorudur) Elmi Şuranı karandaşla kağıza köçürübdü. İmzası da şəklin alt sag küncündədir. Şəkildə məndən başqa MSK sədri Məzahir Pənahov və BDU-nun hazırkı elmi işlər üzrə prorektoru Aydın Kazımzadədir. 

 

Qarabağ faciesi başlayanda mən bu işə münasibətimi siyasi bir naxışla bildirdim. O zaman bu naxisı stalinizmin naxışı adlandırmışdım. Uzaqdan baxırsan naxış effektin verir, yəni xoşa gəlir, yaxından baxanda insan kəllələrini görürsən. 

 

Teymur Bünyatov, Yaşar qarayev, Əli Əlirzayevlə birgə...

 

Anam nəvələri ilə...

 

Bu şəkili mən şəkmişəm. Ağsu aşırımı, həyat yoldaşım Almaz xanım və oğlum Vüqar.

 

Milli Məclisin Elm və Təhsil Məsələləri Komissiyasının sədri olan zamanın şəklidir...

 

Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan parlamentimiz ziyarət edərkən.

 

 

Bu şəkil Londana işgüzar səfərimiz zamanı çəkilib...Dünya şöhrətli alim Yan Uilmut (Doli qoyununun yaradıcısı) ilə birlikdə.

 

Akademik Əhliman Əmiraslanovla birgə...12.10.99. Naxçıvanın 75 illiyi.

 

Parlamentin sədri Murtuz Ələsgərov, “əməkdar elm xadimi” fəxri adını təqdim edərkən.

 

Sudeyf İmamverdiyevlə Bəxtiyar Vahabzadənin zıyarətinə getmişdik... Şairin səhətində problemlər var idi...

 

Parlamentdə tədbir. 2004-cü il. deputatlar Rizvan Cəbiyev, Cahangir Hüseynovla...

 

Bağda öncə işləmək lazımdır, sonra dincəlmək... Elman Yusifovla birlikdə.

 

2010-cu ilin sentyabrı... Soçidə Rusiya Təbiətşunaslar Akademiyasının payız sesiyasında.

 

Milli Məclisin Elm və Təhsil Məsələləri Komissiyası ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirirdi...

 

Fəttah Heydərovun yubileyinə toplaşmışıq...

 

Azərbaycan Universitetinin önündə... Fəlsəfə ilə bağlı seminardan sonra...

 

Partiyamızın tədbirlərindən birində...

 

Heydər Əliyev gerçəkdən fenomen idi...

Prezident mənə “Şöhrət” ordenini təqdim edərkən. 06.06.2001.

 

Prezident İlham Əliyevlə birgə...  

 

Misirə rəsmi səfərə getmişdik...

 

Məmməd Aslanın yubileyində...

 

Oğlum Vüqarın toyuna hazırlaşırıq...

 

Heykəltaraş Azad Zeynalov mənim üçün belə bir sürpriz etdi...

 

Kitabxanadan gözəl məkan bilmirəm...

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı