Modern.az

“Hərə bir əsgər, hər ev bir səngər”

“Hərə bir əsgər, hər ev bir səngər”

23 Oktyabr 2017, 14:58

“Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər və "ordum.az" saytının yaradılması” layihəsi çərçivəsində,  oktyabrın 20-də Tərtər rayonunun Qapanlı kəndində  “Hərə bir əsgər, hər ev bir səngər” adlı tədbir  keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən görüş-tədbirin məqsədi düşmənlə təmas xəttində, sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaq;

Onları vətənin keşiyini çəkən əsgərlərimizə arxa durmağa, tarixi torpaqlarımız olan ata- baba yurdlarına daha möhkəm bağlanmağa sövq etmək;

Yerli əhalini- əsasən də yeniyetmə-gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirmək;

Gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı  mübarizəyə səfərbər etməkdir.

Elə bu ovqat üstəköklənmiş "Hərbi mövzular Üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə Qapanlı camaatının görüşünə gələn ziyalılar  əvvəlcə Tərtər rayonunun Qapanlı kəndində şəhidlər xiyabanını ziyarət edib, məzarları üzərinə tər çiçəklər qoyaraq xatirələrini yad ediblər. Məlumat üçün bildirək ki,Qarabağ müharibəsi başlayandan ərazi bütövlüyümüz uğrunda şəhid olan onminlərlə oğullarımızdan Vidadi Məmmədov, Qüdrət Ağamalıyev, Zülfüqar Qasımov, Feyruz Əzimov, Sərvər Məmmədov və Nəriman Quliyev Qapanlı torpağına tapşırılıblar.

Tərtər rayon şəhid F.Həmidov adına Qapanlı kənd tam orta məktəbində kənd sakinləri ilə keçirilən görüşdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib. Məktəbin direktoru Fitat Əliyeva qonaqları salamalayaraq keçirilən görüşdən məmnunluqlarını ifadə edib. Danışdıqca kövrələn  müəllimə indiyədək işlədiyi məktəbin 19 məzunun-19 şagirdlərinin şəhid oiduğunu bildirib: "Bu ərazidə atəşkəs hər gün pozulur. Bu məktəbin şagirdləri yaşından çox yaşamış şagirdlərdir, hər gün gözləri ilə atəşkəsin pozulmasının şahidi olurlar. Amma biz öz dövlətimizə güvənirik. Bu gün diqqət və qayğı nəticəsində özümüzü güclü hiss edirik. Biz bu məktəbdə əvvəlkindən də yaxşı dərs keçirik".

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu “Biz sizlərdən vətən sevgisini, yurda necə can-dildən bağlanmağı öyrənməyə gəlmişik”, deyə sözə başlayıb.
O, “Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda məruzə edib.

Çıxışçı  ”Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda  hərbi vətənpərvərlik polemikası açıb.

"Laçın Yurdu” jurnalının baş redaktoru- şair Arif Məmmədli, Hacı  Mahir Vəliyev, tarixçi-publisist  Siyavuş Əmirli, öz ürək sözlərini söyləyiblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi