22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
16 İyun 2012, 14:10 | İQTİSADİYYAT
63 yaşlı Mitxun Çakroborti: Sol radikal inqilabçıdan “Disko rəqqası”nadək...

Modern.az saytının məlumatına görə, sovet gənclərinin kumiri olan məşhur hind kino aktyoru Mitxun Çakrobortinin bu gün doğum günüdür. Onun çəkildiyi “Disko rəqqası” filmi keçmiş SSRİ-də fantastik şöhrət qazanmışdı, xüsusilə də Azərbaycanda. Film sovet prokatına  60 milyon manat gəlir gətirmişdi. Mitxun o zamanın gənclərinin əsl məhəbbət kumiri idi.
1984-cü ildə Daşkənd Beynəlxalq Kinofestivalı çərçivəsində SSRİ-yə gələn M.Çakroborti 3 gün oteldən kənara çıxa bilməmişdi. Bütün Orta Asiya ölkələrindən Daşkəndə gələn gənc fanatlar mehmanxana ətrafında toplaşaraq isterikcəsinə qışqırır “Cimi, Cimi” deyə onu çağırırdılar. Kütləni yalnız milis gücünə dağıtmq mümkün olmuşdu...

Mitxun Çakroborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur.  Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mitxunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir.

Bombeydə ətriyyat malları satan Mitxun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər. Amma boy-buxununa baxıb razı olurlar. Mitxun Çakroborti Kino İnstitutunu qızıl medalla başa vurur.

İlk dəfə olaraq 1976-cı ildə “Kral ovu” filmi ilə böyük ekrana gələn Mitxun burada sadə bir ovçunun faciəvi həyat dramını yaradır. Film böyük uğur qaznır.  Milli kinofestivalda Çakroborti ölkənin ən yaxşı kino aktyoru adına layiq görülür. 

Hindistanda “alternativ kino” sahəsində bir neçə filmə çəkilən Mitxun gözlənilməz çevriliş edərək kommersiya filmlərinə gəlir. 1982-ci ildə onun baş rolu oynadığı “Disko rəqqası” filmi ağlagəlməz uğur qazanır. Onun yaratdığı “Cimi” obrazı həddindən çox sevilir. Mitxun ölkənin beş ən tələb olunan aktyoruna çevrilir.

80-ci illərin sonuna qədər Mitxun Çakroborti 300-dən artıq filmə çəkilmişdi. 90-cı illərdə Mitxun Çakrobortinin populyarlığı zəifləyir. Bu illərdə o daha çox mənfi rolları oynamağa başlayır. 2005-ci ildə çəkilmiş “Elan” filmində oynadığı beynəlxalq terrorçu rolunu oynayan Mitxun bir dəfə belə rollara görə tamaşaçılrdan  üzr də istəyib. 

Mitxun Çakroborti hind aktrisası Yoqita Bali ilə evlidir. Onların 3 oğlu, 1 qızları var. Bir oğlu, Mimoh ailənin  kino karyerasını davam etdirir.

Son illər Mitxun Çakroborti daha çox biznes sahəsinə diqqət yetirir. Uta şəhərində onun mehmanxana şəbəkəsi var.






Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“...mənim adım Bobikdir” 22 Sentyabr 2020, 11:10 Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə olundu 22 Sentyabr 2020, 11:05 Azərbaycana daxil olan valyutanın həcmi AZALIB 22 Sentyabr 2020, 11:00 XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxılmasını istəyir 22 Sentyabr 2020, 10:54 "Almaniyada Türkologiya" mövzusunda vebinar - Alman professorun təqdimatında 22 Sentyabr 2020, 10:48 Ermənistan Madrid prinsiplərindən imtina edir? 22 Sentyabr 2020, 10:43 İcbari Tibbi Sığorta UNEC-lə memorandum imzaladı 22 Sentyabr 2020, 10:38 Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi açılıb 22 Sentyabr 2020, 10:32 Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır 22 Sentyabr 2020, 10:27 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı 22 Sentyabr 2020, 10:22 “Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK 22 Sentyabr 2020, 10:16 “Məmmədoğulları” şirkəti 2 min manat cərimələndi 22 Sentyabr 2020, 10:10 Xaçmazda meyvə tingləri yandı 22 Sentyabr 2020, 10:05 Metrodakı “maska insidenti” ilə bağlı məhkəmə başladı 22 Sentyabr 2020, 10:00 Dollar günə bu məzənnə ilə BAŞLADI 22 Sentyabr 2020, 09:54 Tarixçi alim: “... hər kəs buna birmənalı olaraq etiraz etməlidir” 22 Sentyabr 2020, 09:50 İctimai nəqliyyata qoyulan şənbə-bazar məhdudiyyəti götürüləcək? - AÇIQLAMA 22 Sentyabr 2020, 09:45 Yollardakı tıxacların SƏBƏBİ nasaz avtomobillərdir - BNA 22 Sentyabr 2020, 09:40 Bu gün Azərbaycanda təbiət hadisəsi baş verəcək 22 Sentyabr 2020, 09:35 Bu xəstəliyə yoluxanların COVID-19-a qarşı İMMUNİTETİ var 22 Sentyabr 2020, 09:30 Müdafiə Nazirliyi cəbhəki vəziyyətlə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 09:25 Rəqibi Trampı sərt tənqid etdi: “O vəlvələyə düşdü” 22 Sentyabr 2020, 09:20 UNEC brendi 10 ölkədə tanındı 22 Sentyabr 2020, 09:14 Şəhid komandirin xanımı oğlunu belə təbrik etdi: “Sənin yaşıdların Şəhid olur” 22 Sentyabr 2020, 09:08 Xırdalanda su olmayacaq 22 Sentyabr 2020, 09:04 Koronavirus qurbanlarının xatirəsinə abidə ucaldıldı - FOTO 22 Sentyabr 2020, 09:00 Dinlənilməsi mümkün olmayan mobil telefonlar var 22 Sentyabr 2020, 08:57 Türkiyənin yeni teleradio qülləsi fəaliyyətə başlayıb 22 Sentyabr 2020, 08:52 Xarici İşlər Nazirliyindən MODERN.AZ əməkdaşına təşəkkür 22 Sentyabr 2020, 08:51 Distant təhsil: problemlər və reallıqlar 22 Sentyabr 2020, 08:49 Çempionlar Liqasında pley-off oyunları başlayır 22 Sentyabr 2020, 08:43 Üzümün təhlükələri AÇIQLANDI 22 Sentyabr 2020, 08:25 Suares “Barselona”dan gedir 22 Sentyabr 2020, 00:52 İran ABŞ-la məhbusların dəyişdirilməsinə hazırdır 22 Sentyabr 2020, 00:46 Paşinyanın yeni müharibə planı - Beynəlxalq ekspertlərin rəyləri 22 Sentyabr 2020, 00:29