Modern.az

Bakıda 5 ölkə deputatlarının yarışı başlayır

Bakıda 5 ölkə deputatlarının yarışı başlayır

9 Mart 2018, 11:58

Bu gündən Bakıda Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr olunan beynəlxalq futbol turnirinə start verilir.

Modern.az-ın məlumatına görə, turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandalarının iştirakı ilə martın 9-11-də keçiriləcək.

Turnir Milli Məclisin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə gerçəkləşir. 

Yarışın keçirilməsində əsas məqsəd parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini təbliğ etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır.

Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlametnlərinin müvafiq komitələri arasında Anlaşma Memorandum imzalanıb.

Bu gün baş tutacaq ilk oyunla turnirə strart veriləcək.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi barədə sərəncamına uyğun olaraq keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir